AzMİU ilə Kiyev Universiteti arasında anlaşma Memorandumu imzalandı - FOTO
Tarix: 11-06-2019 16:13
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.
GÜNpress.az xəbər verir ki, imzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov, Ukraynadan gələn nümayəndə heyəti, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Qeorgiy Selski və universitetin professor-müəllim heyəti iştirak edib.
Mərasimi giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətarflı məlumat verən rektor universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayıb. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, beynəlxalq mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb. Rektor Azərbaycan universitetlərinin beynəlmiləlləşdirilməsi, Avropa təhsilinə inteqrasiyasiyası ilə bağlı ölkə prezidentinin son dövrlərdə imzaladığı sərəncamları xatırladıb və bu günki mərasimin bu istəklərə cavab verdiyini vurğulayıb. Qonaqların səfərinin əhəmiyyətini qeyd edən rektor onun əlaqələrin daha da genişlənməsinə təkan olacağını deyib.
AzMİU-da olmasından məmnunluğunu ifadə edən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov da universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. Digər qonaqlar – İnnovativ təhsil institutunun direktoru, professor Aleksandr Nikityuk, Layihələrin idarə olunması kafedrasının müdiri, professor Sergey Buşuyev AzMİU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb, eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunublar.
Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Memorandumda birgə proqramlar, seminar, simpozium, konfrans və layihələrin keçirilməsi, müəllim və tələbə mübadilələri, ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb. Sənəddə vurğulanıb ki, tərəflər təhsil, elmi tədqiqatlar, inzibati idarəetmə daxil olmaqla qarşılıqlı maraq doğuran bütün tədris sahələrində əməkdaşlıq və mubadilə yaratmağa səy göstərirlər.
İmzalanma mərasimindən sonra qonaqlar AzMİU-nu gəzib, universitetin maddi-texniki bazası, laboratoriya, studiya və tədqiqat mərkəzləri ilə tanış olublar.
Seçilmişlər
Ən çox oxunanlar