Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

"Sosial-iqtisadi sahələrdə islahatlar siyasi islahatlarla paralel aparılmalıdır"

Tarix: 16-04-2020 13:16   
"Sosial-iqtisadi sahələrdə islahatlar siyasi islahatlarla paralel aparılmalıdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 14 aprel 2020-ci ildə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.
Müşavirə sosial-iqtisadi məsələlərə həsr olunsa da, cənab Prezident öz çıxışında bir sıra önəmli siyasi məqamlara da münasibətini bildirmişdir. Prezident çıxışında qeyd etmişdir ki, koronavirus pandemiyasının mart ayından etibarən ölkə iqtisadiyyatının inkişafına mənfi təsir etməsinə baxmayaraq ilin 3 ayının nəticələrini müsbət qiymətləndirmək olar. Prezident bunu ölkədə aparılan iqtisadi islahatların nəricəsi kimi qiymətləndirmiş və gələcəkdə bu islahatların daha da genişləndiriləcəyinin və dərinləşdiriləcəyinin anonsunu vermişdir. O, eyni zamanda qeyd etmişdir ki, heç kim deyə bilməz, proqnozlaşdıra bilməz ki, bu pandemiya nə vaxt bitəcək. Ona görə də, Təkamül Patriyası olaraq hesab edirik ki, pandemiyaya qarşı mübarizədə qalib gəlmək, onun iqtisadiyyatımıza, əhalinin güzəranına təsirini minimuma endirmək üçün dövlətlə xalqın səyinin həmişəkindən daha artıq dərəcədə əlaqələndirilməsinə ehtiyac vardır. Bunun üçün dövlət səviyyəsində müvafiq tədbirlər həyata keçirilir, müvəqəti olaraq işini itirənlərə, işsiz vətəndaşlara, az təminatlı ailələrə dövlət səviyyəsində maddi yardımlar göstərilir və bu gələcəkdə də davam edəcəkdir. Ancaq müşahidələr göstərir ki, qeyd edilən kateqoriyalara daxil olan vətəndaşlara dövlət tərəfindən verilməsi nəzərdə tutulan güzəştlərin, yardımların, eləcə də müxtəlif istiqamətli müavinətlərin onlara vaxtında, xüsusilə rayonlarda, çatdırılmasında müəyyən problemlər yaşanır və bu, müəyyən narazılıqlar doğurur. Ona görə də, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac vardır. Bununla yanaşı, fikrimizcə, pandemiyanın davam etdiyi müddət ərzində əhaliyə kommunal xidmətlərin ödənilməsi sahəsində güzəştlərin tətbiq edilməsi, elektrik enejisindən istifadə üçün artırılan limitin aprel ayının 1-dən deyil fevral ayının 1-dən hesablanması, təbii qazdan istifadənin limitinin, aztəminatlı ailələrə edilən maliyyə yardımının məbləğinin, istehlak kreditlərinin ödənilməsi müddətinin artırılması və pandemiyanın davam etdiyi müddət ərzində onlar üçün faiz hesablanmasının dayandırılması məqsədəuyğun olardı. Bu vətəndaşlarımızın ayaqda qalmasına yardım etməklə yanaşı, onun dövlətə inamını, rəğbətini daha da artırardı. Qeyd edilənlərin həyata keçirilməsi üçün dövlətimizin kifayər qədər maliyyə ehtiyatları vardır. Nəzərə almaq lazımdır ki, bu ehtiyatlar məhz vətəndaşlarımızın fəaliyyəti nəticəsində formalaşıb. Ehtiyatları gələcəkdə bərpa etmək, artırmaq olar, ancaq insanların güzəranı pisləşərsə onların dövlətə inamı zəifləyər. Bu isə arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Prezident çıxışında kadr islahatlarının gələcəkdə də davam edəcəyinin anonsunu vermişdir və bu təqdirəlayiqdir, çünki dövlətimizin buna həqiqətən ciddi ehtiyacı vardır. Ancaq son illər aparılan bəzi kadr dəyişmələri göstərir ki, onların mütləq əksəriyyəti yüksək vəzifə tutan məmurları evladları, yaxın qohumlarıdır və belə yerdəyişmələr gözlənilən ciddi uğurlarla müşayət olunmur. Bundan başqa, qohumluluq bağlısı olan insanların müxtəlif strukturlarda rəhbər vəzifədə çalışması ölkədə baş verən müəyyən qanun pozuntularının ört-basdır edilməsinə imkan yaradır, onlar barədə Prezidentə obyektiv məlumatların çatdırılmasına mane olur. Hər şeydən göründüyü kimi, Prezident də artıq bunun fərqindədir və inanırıq ki, gələcəkdə bunu nəzərə alacaqdır.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Preziden çıxışında, qeyd etdiyimiz kimi, gələcəkdə də sosial-iqtisadi islahatların daha sürətlə həyata keçiriləcəyinin anonsunu vermişdir və bunun reallaşması üçün ölkəmizdə kifayət qədər potensial imkanlar vardır. Ancaq sosial-iqtisadi problemlərin həlli, onların gələcəkdə daha sürətli inkişafı məqsədi ilə obyektiv, reallığa uyğun, elmi cəhətdən əsaslandırılmış qərarların qəbul edilməsi obyektiv informasiya, reallığı əks etdirən göstəricilər əsaında mümkündür. Təəssüf ki, Dövlət Statistika Komitəsinin (DSK) ölkəmizin sosial-iqtisadi inkişafı haqqında məlumatları bir çox hallarda reallığa uyğun gəlmir. DSK-dən soruşmaq lazımdır ki, məsələn, ölkəmizdə məşğulluğun, işsizliyin, yoxsulluğun, kənd təsərrüfatı məhsullarının artım səviyyəsinin və s. hesablanması zamanı hansı “metodlardan” istifadə etmişdir? 2019-cu ilin oktyabr ayında əhalinin siyahıya alınmasında tətbiq etdiyi “metod”danmı? Əhalinin siyahıya alınmasının bərbad təşkili, əslində belə siyahıya alınmanın reallıqda aparılmaması haqqında çox deyilib, yazılıb. Reallığa uyğun olmayan göstəricilər əsasında gələcək sosial-iqtisadi inkişafı necə obyektiv planlaşdırmaq olar? Belə planlaşdırmanın aqibəti Yol Xəritələrinin aqibətini yaşamayacaqmı? Ancaq buna baxmayaraq DSK-nin rəhbərliyi heç nə olmamış kimi yerindədir...
2019-cu ilin sonlarından etibarən siyasi sahədə aparılan islahatlara toxunan Prezident qeyd etmişdir ki: “Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”. Biz, Təkamül Partiyası olaraq, siyasi sahədə aparılan islahatları, xüsusilə də, PA-nın “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin rəhbəri cənab Ədalət Vəliyevlə müxalifət partiyalarının sədrlərinin görüşünü, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, müxalifət nümayəndələrinin parlament komitələrinə sədr, sədr müavini vəzifələrinə təyin edilməsini təqdir edirik. Eyni zamanda hesab edirk ki, müxalifət nümayəndələrinin rəhbər orqanlara seçilməsi, təyin edilməsi təkcə Milli Məclis səviyyəsi ilə məhdudlaşmamalıdır. Sosial-iqtisadi sahələrdə islahatlar siyasi islahatlarla paralel aparılmalı, bir birini tamamlamalıdır. Təbiidir ki, bu, xeyli dərəcədə, müxalifət nümayəndələrinin milli, dövlətçilik mənafelərinə sadiqlik dərəcəsindən asılıdır. Hesab edirk ki, müxalifət olaraq ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların müəyyən istiqamətlərini, bu sahədə həyata keçirilən tədbirləri tənqid etmək olar və lazımdır. Heç kəs inkar etmir ki, son zamanlar həyata keçirilən tədbirlərə baxmayaraq, ölkəmizdə hələ də kölgə iqtisadiyyatı böyük ölçüyə malikdir, məmur özbaşınalığı, qanun pozuntuları davam edir və s. Ancaq tənqidlər konstruktiv olmalı, reallığa söhkənməli, onların aradan qaldırılması üçün təkliflərlə müşahidə olunmalı, meydana çıxa biləcək çətinliklərdən sui-istifadə hallarına yol verilməməlidir. Bu vətən bizimdir, iqtidarlı-müxalifətli hamımızındır. Qeyd edilən müşavirədə cənab Prezident də qeyd etmişdir ki: “..əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır”.
Təkamül Partiyası olaraq hesab edirik ki, koronavirus pandemiyasının törətdiyi və nə qədər davam edəcəyi hələ bəlli olamayan indiki şəraitdə, onun mənfi nəticələrinin minimuma endirilməsi, baş verən mənfi nəticələrin gələcəkdə tezliklə aradan qaldırılması üçün, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların səylərinin əlaqələndirilməsinə həmişəkindən daha çox ehtiyac vardır. Ona görə hesab edirk ki, bəzi müxalifət partiyalarının sərgilədikləri siyasətə yenidən baxmalarında fayda var. Bir məsələni daim yadda saxlamaq lazımdır-siyasi qüvvələr arasında qarşıdurmalar həmişə dövlət və millət üçün mənfi nəticələr doğurmuşdur. Belə halların baş verməməsi üçün hamını mili birliyə, həmrəyliyə dəvət edirk. “Biz birlikdə güclüyük!”.


{sape_links}{sape_article}