"Vəsiqəni girov qoymaq, Vətəni girov qoymaq kimi bir şeydir" - Deputata sərt ittiham (VİDEO)
Tarix: 10-10-2019 11:25
“Vəsiqəni girov qoymaq, elə Vətəni də girov qoymaq kimi bir şeydir”.
Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “İctimai televiziya”da yayımlanan 3D proqramına qonaq olarkən deyib. O, bu cür çıxışla deputat vəsiqəsini girov qoymuş sabiq deputat Rafael Cəbrayılova səslənib.
Verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran H.Hacıyev növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Partiya sədri bildirib ki, R.Cəbrayılov insanları aldatmaqla və digər hərəkətləri törətməklə Milli Məclisin nüfuzuna da xələl gətirib. O, hətta keçmiş millət vəkilini debata çağırmaqdan da çəkinməyib.
Dadaşlınskinin qonağı özünü ciddi müxalifət adlandırıb:
“Müxalifət o demək deyil ki, birinci şəxsi ancaq tənqid edəsən. Məndən çox Azərbaycan hakimiyyəti daxilində rüşvətxorları, korrupsionerləri, Milli Məclisdə o beş dənə stolda oturanları tənqid edən ikinci bir müxalifət partiyasını sədri varmı?”
“Sizdən başqa hakimiyyətdə təmsil olunmayan, amma sizin qədər ciddi siyasətçi kim var, siz əl-ələ verib kimlə işləyə bilərsiniz” sualına cavab verən H.Hacıyev, Etibar Məmmədovun siyasətə qayıtmasını istəyib, həmçinin Pənah Hüseyn və Sərdar Cəlaloğlu ilə birgə çalışa biləcəyini vurğulayıb.
H.Hacıyev, Rusiyanın tanınmış siyasətçisi Vladimir Jirinovskiyə oxşarlığından da danışıb:
"Nə öyrənibsə, o məndən öyrənib. Jirinovski də Vətənini sevən insandı, o da Rusiyanın inkişafı üçün böyük xidmətləri olan insandı. Həmçinin, Jirinovski də həqiqəti deyir, mən də həqiqəti deyirəm. İndi kim bizə hansı adı qoyur, çox sağ olsun, inkar da eliyə bilmərik”.
Verilişin videosunu təqdim edirik:
Seçilmişlər
Ən çox oxunanlar