Azərbaycanda bir neçə rayonun icra başçısı dəyişdirildi - SƏRƏNCAMLAR
Tarix: 05-04-2019 13:50
Azərbaycan Prezidenti İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinin başçısını işdən çıxarıb.
GÜNpress.az xəbər verir ki, prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bundan əlavə Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dirgər sərəncamlaMəhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncamla Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Seçilmişlər
Ən çox oxunanlar