Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Ölkədə aranı qarışdırmaq istəyənlər kimlərdir? - Ekspertlərdən şərh

Tarix: 15-04-2017 21:45   
Ölkədə aranı qarışdırmaq istəyənlər kimlərdir? - Ekspertlərdən şərh
"Sovetski”də söküntü zamanı Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan gərginlik müzakirə mövzusuna çevrilib. Hadisənin baş verdiyi günü bir qrup dindarın etiraz etməsi və məsələnin qısa müddətdə ölkənin gündəm mövzusuna çevrilməsi birmənalı qarşılanmadı.

Belə ki, yaranan gərginliyin planlı şəkildə olduğunu düşünənlər də var. Çünki Azərbaycanda dini zəmində hər hansı bir ciddi prosesin təsadüfən baş verdiyi o qədər də inandırıcı deyil.

Sözsüz ki, Azərbaycanın "İslam oyunları” kimi mühüm bir tədbirə hazırlaşdığı bir məqamda dini zəmində hər hansı bir gərginliyin yaşanması gözardı ediləcək məsələ deyil.

Məhz elə bu səbəbdən də ölkə başçısı məsələyə operativ reaksiya verdi. Belə ki, Prezident İlham Əliyevin Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdiyi bildirildi. Məlumata görə, İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub.

Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yaranmış vəziyyətlə bağlı öz vətəndaş mövqeyini də açıqlayıb:

"Dünən "Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala "evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi " təəssübkeşləri”n aksiyasına münasibət bildirməyi öz vətəndaşlıq borcum hesab edirəm.

Məndə xüsusi təəssüf doğuran hal budur ki, müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi. Radikal çağırışlar edən bəzi dini, ictimai, mədəniyyət xadimlərinə və müxalif siyasilərə üzümü tutub deyirəm: doğru izahat verməkdənsə, qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmaq, dövlətin təqdir olunası işlərini qaralamaq lazım deyil. Çox təəssüf edirəm ki, dünənki o "din təəsübkeşləri”nin düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymadılar”.


Baş verənlərlə bağlı fikirlərini Mia.az-la bölüşən şərqşünas-politoloq, dini məsələlər üzrə ekspert Vüsal Hətəmov deyib ki, dini zəmində qarşıdurma kimlərəsə sərf edir.

Onun qənaətincə, hazırkı həssas məqamda belə bir gərginliyi ortaya çıxması bunu deməyə əsas verir:

"Bildiyimiz kimi, qarşıdan "İslam həmrəyliyi” idman olimpiadası gəlir. Ölkəmiz böyük bir nüfuzlu idman yarışlarına ev sahibliyi edərkən, yəni belə bir həssas zamanda kimlərin ölkədə dini zəmində qarşıdurma yaratmaq istəməsi sual doğurur. Qeyd edim ki, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunları zamanı da belə bir təxribat xarakterli addımlar atılırdı. Görünür, xarici ölkələrin tapşırığını yerinə yetirən missia başçıları vasitə kimi ən həssas təbəqəni, dindarları seçiblər”.

Politoloq sosial şəbəkələrdə mövzunun ayrı istiqamətə yönləndirilməsinə də toxunaraq bildirdi ki, görünür, virtual məkanda da təxribatlar nəzərdə tutulubmuş:

"Hətta sosial şəbəkələrdə məsələni İranın hüquqlarının pozulması mövzusu kimi qabardan "dindarlar”dan tutmuş, lazımsız yerə İranı tənqid edənlər də oldu. Özlərini gah ateist, gah deist kimi göstərən bir sıra dırnaqarası ziyalılar isə dindarlara qarşı daha sərt, faşistlərə xas addımların atılması təklifini irəli sürdülər. Hətta belələrinin arasında xəbər portallarının rəhbərlərinə də rast gəlmək olardı. Həmin xəbər portallarının rəhbərləri öz sosial səhifələrində ora yığışan dindarların hamısının güllələnməsini, məscidlərin hamısının dağıdılmasını təklif edirdilər. Görünür ki, dindar kəsimin qızışdırılması üçün bütün siyasi texnologiyalar işə düşüb”.

"Hacı Cavad” məscidinin hüquqi olaraq tanınması mövzusuna toxunan ekspert Vüsal Hətəmov bildirdi ki, vaxtilə həmin məscidin DQİDK-nin qeydiyyatından keçən icması da olubmuş. DQİDK-nin saytında "Hacı Cavad” məscidinin tarixi, ərazi ölçüsü və bir sıra digər məlumatlar öz əksini tapıb.

Müvafiq dövlət qurumlarının soyuq münasibətinə və QMİ-nin məlum açıqlamasına toxunan Vüsal Hətəmov qeyd etdi ki, tarixi abidələrin qorunması hər bir vətəndaşın vicdani borcudursa, səlahiyyətli qurumların hər birinin məsul borcudur:

"Hacı Allahşükür Paşazadə mətbuata danışıb ki, bu məscid QMİ-nin balansında deyil. Sadəcə, mənə də qəribə gələn budur ki, QMİ-nin balansında olmayan məscid bu xalqın tarixi-mədəni sərvəti sayılmır? QMİ-nin balansında olmayan dini abidə qorunmamalıdır ki? Hansı ki sözügedən məscid sovetlər dövrünün ən radikal ateist vaxtlarında belə, tarixi-mədəni abidə kimi qorunub saxlanmışdır. Hazırda dünyada 2 obyekt var ki, qorunması zəruri hesab edilir. Birincisi təbiət, ikincisi də tarixi abidələr”.

Ekspert tarixi abidələrə laqeyd yanaşmanın turizmə də zərərli olduğunu vurğulayıb:

"Biz guya Bakını turistlər üçün hazırlayırıq. Azərbaycan Şərq ölkəsi olduğu üçün, təbii ki, burada islami tarixi abidələr çoxluq təşkil edir. Turistlər paytaxtımıza gələndə 15-20 mərtəbəli yeni tikililəri deyil, tarixi abidələrimizi ziyarət edirlər. Onsuz da Avropada olan göydələnlərin yarısı belə bizdə yoxdur. bizdə də olan tarixi abidələr təbii ki, orada yoxdur. Odur ki, tarixi-mədəni abidələrimizin sökülməsi xalqın zəngin tarixi mədəni qatına zərbədən başqa bir şey deyil".

Tarixi abidələrin qorunmasında təkcə oradan istifadə edənlərin deyil, hamının addım atmalı olduğunu vurğulayan Vüsal Hətəmov bildirdi ki, bu tək bir təbəqənin vəzifəsi deyil:

"İstər məscid olsun, istər digər tarixi abidələr. Bunun qorunması üçün təkcə orada ibadət edənlər deyil, digər ziyalılar, rəsmi qurumlar, QHT-lər də belə tarixi abidələrin qorunması üçün çalışmalıdırlar. Məscid təkcə dindarların deyil, xalqın ümumi mədəni sərvətidir.”

Prezidentin məsələyə müdaxiləsinə gəlincə, müsahibimiz bunları deyib:

"Ölkə prezidentinin son məlum addımı da göstərdi ki, məmurların tarixi abidələrə, dini ibadət məkanlarına qarşı yad münasibəti dövlət səviyyəsində deyil. Müstəqillikdən üzü bu tərəfə tikilən məscidlərin sayı da bunu göstərir ki, yüksək səviyyəli hakimiyyət dairələrində dinə qarşı münasibət müsbətdir. Eyni zamanda, Bibiheybət, Mirmövsüm ziyarətgahlarının bərpası da buna bariz sübutdur”.


Politoloq Mütəllim Rəhimli Mia.az-ın əməkdaşı ilə söhbətində deyib ki, əgər aidiyyatı məmurlar bu məsələyə əvvəlcədən normal münasibət sərgiləyə bilsəydilər, gərginlik bu həddə çatmazdı. Həm də əlavə söz-söhbət, ittihamlar yaranmazdı.

Onun fikrincə, gərək məmurlar məscidin söküntüsü başlamazdan əvvəl dindarları bundan xəbərdar edərdi:

"Onlara sökülmənin səbəbləri haqqında ətraflı məlumat verilməsi lazım idi. Həm də izah olunmalıydı ki, bunda əsas məqsəd nədi. Yəni məqsəd məscidi sökmək deyil, baş planın icrasını təmin etməkdi. Sökülən məsciddə ibadət edənlərin bundan sonra ibadət edəcəkləri yer müəyyənləşdirilməli idi, bunun üçün müvafiq tədbirlər həyata keçirilə bilərdi. Həm də çox yaxşı olardı ki, sökülən məscidin əvəzinə yenisinin tikiləcəyinin planlaşdırıldığını və onun yerini dindarlara deyərdilər. Amma indiki bəzi məmurların məsuliyyətsiz hərəkətləri hökuməti məscidləri sökən bir hakimiyyət kimi xalqa təqdim edir. Həm də iki dövlət arasında (Azərbaycanla İran) bizə lazım olmayan gərginliyin yaranmasına səbəb olurlar. Bundan başqa bir ay sonra başlayacaq İslam Həmrəylik oyunları ərəfəsində ölkəmizə belə bir problem lazım deyil”.

Politoloq hesab edir ki, bu məsələni şişirtməyə ehtiyac yoxdu.

"Bizi istəməyənlərin istəyənlərdən çox olduğunu da unutmamalıyıq. Regionda münasibətlərin getdikcə gərginləşdiyi bir dövrdə ölkəmizdə süni olaraq belə bir problemin yaradılmasına əsas verənlər mütləq cəzalanmalı, ən azından vəzifələrindən azad edilməlidirlər. Azərbaycan multikulturalizmin inkişafına bu qədər dəstək verildiyi, multikulturalizmin Azərbaycan modelinin Avropanın 20-yə yaxın universitetində tədris olunduğu bir zamanda hökumətin niyyətinin bir məscid sökülməsi olduğu inandırıcı ola bilməz. Bu sadəcə olaraq abadlaşdırma işləridir və ona başqa ad verməyə də ehtiyac yoxdur. Kimlərsə bu məsələni yanlış istiqamətə yönəltməklə iqtidarla dindarlar arasında münasibətləri gərginləşdirməyə çalışır”, - deyə M.Rəhimli fikrini tamamlayıb.