Alışanovun ən yaxın kadrı işdən çıxarıldı - AzTV-də maliyyə yoxlamalarına start verildi
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov "təmizləmə əməliyyatı”na başlayıb.
GÜNpress.az xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, R. Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılmasına diqqət yönəldib. Bu səbəbdən QSC-nin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və müavinləri vəzifəsindən azad olunub. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.
Televiziyanın maliyyə idarəsinə isə yeni rəhbər təyin olunub.
Qeyd edək ki, Şahrza Əliyev Arif Alışanova ən yaxın şəxslərdən biri idi.
Kadr islahatına daxil olan digər məsələ "Xəbərlər” informasiya studiyası ilə bağlıdır. Bu studiyada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar da artıq işdən azad olunublar.
***
Şahrza Əliyev uzun illər Təhsil Nazirliyi maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Misir Mərdanov təhsli naziri postundan getdikdən qısa müddət sonra sabiq təhsil naziri Mikayıl Cabbarov onu istefaya göndərmişidi. .Ş.Əliyevin adı bir çox maliyyə maxinasiyalarında hallansa da, o, özünü qoruya bilmişdi. Bir müddət sonra isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin maliyyə idarəsinə rəsi gətirilmişdi. Alışanovla münasibətləri yaxın olduğundan qurumda ən yaxın kadrı kimi tanınırdı. Maliyyə maxinasiyalarının həyata keçirilməsi məhz ona tapşırılmışdı.
Görünən odur ki, yeni sədr əvəzi Alışanov və yaxın ətrafının fəaliyyətinin araşdırılması tapşırığını verib.