Ramil Usubovun müavini işdən çıxarıldı
Tarix: 01-11-2014 14:19
Daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub. Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, daxili işlər nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə Nazirliyin baş kadrlar idarəsinin rəisi İsmət Əliyev təyin olunub. Qeyd edək ki, Ə. Ələkbərov 2002-ci ildən Ramil Usubovun müavini idi.
Seçilmişlər
Ən çox oxunanlar