Səhiyyə Nazirliyi: "Maska taxmaq zəruridir"
Tarix: 20-05-2020 12:23
Azərbaycan ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq ölkəmizdə maska taxmaq zəruridir.
Bu barədə GÜNpress.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
"Bunun səbəbləri çoxdur. Məsələn, bəzi insanlar virus daşıyıcısı olduğu halda bunu bilmir. Maskanın geyinilməsində əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmağın qarşısını almaqdır.
Həmçinin, asqırıb-öskürəndə, adi ünsiyyət zamanı tüpürcək vasitəsi ilə də ətrafa virus yayır. Adi tibbi maskların əldən ağıza ötürülə biləcək bir sıra infeksiyanın qarşısını ala biləcəyinə dair bir sıra dəlil mövcuddur. Hal-hazırda dükanlar və ictimai nəqliyyatda maskaların taxılması Sizi və ətrafdakıları yoluxma təhlükəsindən qoruyur.
Bundan başqa, tibb işçiləri xatırladır ki, maskalar yalnız əllərin təmiz saxlanıldığı halda effektiv olur"-deyə, məlumatda qeyd olunub.
Seçilmişlər
Ən çox oxunanlar