Uşaqları düzgün tərbiyə etməyə çalışaq
Tarix: 11-10-2014 17:11
Heç bir tərbiyə metodu əslində tam anlamında mükəmməl deyildir. Hər üsulun öz çatışan və çatışmayan tərəfləri var. Ancaq aşağıda sadalanmış punktlar hər bir uşağın tərbiyə olunmasında valideynin ən minimum edə biləcəkləridir..
1. Məni həddən ziyadə ərköyünləşdirmə, çünki mən bilirəm ki, sən mənim hər istədiyimi etməyə məcbur deyilsən.
2. Mənimlə açıq danışmaqdan, hər şeyi olduğu kimi söyləməkdən çəkinmə.
3. Pis vərdişlərə sahiblənməyimin qarşısını al, çünki onlardan əl çəkməyim sonra çox çətin olacaqdır.
4. Mənim düşündüklərimi və söylədiklərimi küçümsəmə, küçümsədiyini mənə göstərmə. Belə anlarda mən özümü daha pis aparıram. Bunu bilməyini istəyirəm.
5. Kənar insanların yanında mənim yanlışlarımı düzəltmə..Yanlışları üzbəüz izah edəndə mən daha yaxşı anlayıram.
6. Səhvlərimi dəhşətli cinayət formasında mənə yansıtmağa çalışma.
7. Daima səhvlərimin nəticələrindən məni qorumağa çalışma. Mən səhvlərimin qarşılığı ilə qarşılaşmağı bacarmalıyam, səhvlərimin qarşılığı olduğunu görməliyəm.
8. Sözlərini, ifadələrini yüz dəfə təkrar etməyə çalışma, əks halda özümü duymamış kimi aparacam.
9. Edə bilməyəcəyin sözləri vəd etmə, sənə güvənim azalmasın.
10. Unutma ki, düşündüklərimi və hiss etdiklərimi ifadə edə bilirəm.
11. Qəzəbli ikən məndən həqiqəti soruşma, qorxudan yalan danışa bilərəm.
12. Dəyişkən olma, bu mənim formalaşmağıma çox mənfi təsir edir.
13. Suallarımı cavabsız buraxma, sən cavab verməsən belə o cavabları kənarda arayıb tapacam.
14. Heç vaxt mənim qorxularımı küçümsəmə..Sən qorxularımı küçümsədikcə mən daha çox vahimələnirəm.
15. Mükəmməl görünməyə çalışma..Əksini zamanı gəldiyində görəcəyəm və bu məni çox üzəcək.
16. Heç bir zaman qarşıma keçib üzr istəməkdən çəkinmə.Sən qarşımda kiçilmiş olmursan..əksinə..üzr istəmək bacarığını mənə aşılamış olursan..
17. Unutma ki, çox sürətlə böyüyürəm.Sən hər zaman mənə yetişməlisən.
18. Təcrübə qazanmağıma mane olma..Təcrübəsiz formalaşa bilmərəm.
19. Son olaraq xahiş edirəm unutma ki, sevgin olmasa mən şəxsiyyət kimi formalaşa bilmərəm.
Tərcümə: Türkan Azad
Seçilmişlər
Ən çox oxunanlar