Onlayn seks - qadınların qənimi tutuldu
Tarix: 15-10-2014 16:48
Tailandın paytaxtı Banqokda televiziya işçisi özünü universitetin tədqiqatçı həkimi kimi təqdim edərək qadınları aldadıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Facebook-da yaratdığı saxta profil ilə edib. Özünü qadınlar üzərinə araşdırma aparan həkim kimi tanıdaraq kömək edəcəkləri halda qadınlara 40 min baht (980 AZN) ödəyəcəyinə bildirib. O, qadınlardan cinsi orqanları və sinələrinin şəkillərini çəkib yollamalarını istəyib. Şəkilləri aldıqdan sonrada isə qurbanlarına "əgər Skype vasitəsi ilə canlı olaraq soyunmasan bütün şəkillərini internetdə yayacam" deyərək hədələyib. O, həmin qadınları 30 gün ərzində kamera qarşısında soyunmağa məcbur edib. 25 yaşlı Çaitavat Loylonq polisin keçirdiyi əməliyyat nəticəsində evində tutulub. Basqında ələ keçirilən kompyuterdən qadınların çılpaq şəkilləri və videoları tapılıb.
Seçilmişlər
Ən çox oxunanlar