Təbii epidemiya, bioloji silah, yoxsa dərman sənayesinin fırıldağı? - Koronavirus
Tarix: 12-03-2020 12:24
İsrail parlamentinin (Knesset) deputatı Orli Levi-Abukasisin dünya iqtisadiyyatını alt-üst edib, dünya neft bazarında qiymətlərin 30 faiz ucuzlaşmasına səbəb olan və 4 minə yaxın insanın ölümü ilə nəticələnən koronavirusun bioloji silah olduğunu bəyan etməsi diqqəti yenidən epidemiyanın bioloji silah kimi süni formada yayılması ehtimalına yönəldib.
Reyting.az koronavirusun bioloji silah olmasına dair dünyada səsləndirilən ən real və mümkün istiqamətləri diqqətə çatdırır.
Bilindiyi kimi, bioloji silahdan çox qədim dövrlərdən, orta əsrlərdən istifadə olunur. Tarixdə çiçəyin, taunun və ya vəba kimi epidemiyaların qəsdən yayılması hallarına rast gəlinib.
Çində ortaya çıxan koronavirusla bağlı iki ehtimal irəli sürülə bilər. Bioloqlar və həkimlər bilirlər ki, virus - genetikası xarici faktorların təsiri altında asanlıqla dəyişən mikroorqanizmdir. Bu səbəbdən də bioloji silah kimi viruslardan çox istifadə edilir. Yəni onun genetikasını, zəhərliliyini, yayılma funksiyalarını, bir sözlə, patogenliyini artırmaq daha asandır. Odur ki, hərbi laboratoriyalarda bu praktika var.
Koronavirus epidemiyası yayıldıqdan dərhal sonra İngiltərə mətbuatı iddia etdi ki, Vuhandakı (Koronavirusun ilk yayıldığı Çin şəhəri) laboratoriyada sızıntı olub. O da vurğulanırdı ki, Vuhan laboratoriyası Çin ordusu tərəfindən eksperimental poliqon kimi istifadə edilir. O cümlədən də bioloji silahların eksperiment poliqonu kimi. Virusun yayılmasına dair əsas ehtimal kimi bunun üzərində dururlar.
İkinci ehtimal virusun bilərəkdən yayılmasıdır. Ancaq bu zaman üstünlük Çinin öz laboratoryalarında sızıntının olmasına verilir. Mümkündür ki, virusun özü mutasiyaya məruz qalıb, genetikası dəyişib və yayılma xüsusiyyəti artıb.
Qeyd edək ki, mikroorqanizmlərin əsas xüsusiyyətlərindən biri də onun sürətlə yayılmasıdır. Elə viruslar var ki, orqanizmdən orqanizmə keçdikdə onun patogenliyi də artır və daha təhlükəli hal alır.
Onu da nəzərə almaq lazımdır ki, obyektiv səbəb var. Virus epidemiyası yayılıb və bu, dünyanın 119 ölkəsində öz təsdiqini tapıb. Hazırda koronavirus dünyanı çox ciddi şəkildə narahat edən əsas problemdir. Ən maraqlı məqam odur ki, bu proses həm də psixoloji savaşla müşayiət olunur. Təşviş yaradılır ki, bu da Çinlə aparılan strateji müharibənin bir elementi kimi görünür.
Yaxın tarixə baxdıqda görərik ki, koronavirusdan daha güclü və daha çox insan ölümünə səbəb olan epidemiyalar olub, onun ətrafında indiki qədər hay-küy, panika yaradılmayıb. Odur ki, bu məsələyə ən azı ikitərəfli baxmaq lazımdır.
Nəhayət, burada üçüncü məqama da diqqət etməyimiz faydalı olardı. Dünyanın dərman mafiyasını da nəzərə almaq lazımdır. Dünyada dərman sənayesində nəhəng şirkətlər var və onlar bəzən xəstəliklərin peyvəndini əldə edirlər. Sonra xəstəliyi yayır və qısa zamanda böyük tələbat yaradaraq, dərmanlarını baha qiymətə satıb böyük gəlir əldə edirlər.
Seçilmişlər
Ən çox oxunanlar