Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

12-05-2024, 00:24

12-05-2024, 00:21

11-05-2024, 18:19

10-05-2024, 12:49

10-05-2024, 12:46

9-05-2024, 18:01

7-05-2024, 14:34

7-05-2024, 14:31

6-05-2024, 11:18

6-05-2024, 11:16

2-05-2024, 11:15

2-05-2024, 11:05

26-04-2024, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

İSTEHKAMÇI TOĞRUL MƏMMƏDOV

Tarix: 21-07-2023 00:03   

Düz yeddi il bundan öncə Azərbaycan Ordusunun zabiti illərlə arzusunda olduğu kapitan rütbəsinə layiq görüldü. O böyük cüssəli gəncin gözlərindəki baxışları nələrdən xəbər vermirdi ki? O gözləri cəmi 62 gün öncə hüznün aynası kimi tanımışdıq. Çiynində daşıdığı dostu, sirdaşı, silahdaşı sonsuzluğa yol aldığı gün Toğrul Məmmədov hər kəsin qəlbinə göz yaşı ilə axdı. Sanki dostunun gedişinə ağlayan Toğrulun öz taleyini bilirmiş kimi...
"Toğrul" dedikdə qəlbimin şəhid yarasına sanki duz basılır. Heç görmədiyim doğmama çevrilən bu qəhrəmana gah ana, gah bacı, gah qardaş, gah da övlad olmağa çalışıram. Ana yaralı, övlad həsrətli nakam ömrü ilə bərabər köçdü torpağın qoynuna. 28 illik həyat gənc həyatı olsa da o daxilən qocalmışdı.
Qəhrəmanlığı ilə xalqın yaddaşında iz salan Məmmədov Toğrul Səyyad oğlu. 13 iyul (sənədlərdə 26 iyul) 1988-ci ildə qəhrəmanlar diyarı, ərənlər oylağı, şəhidlər məqbərəsi olan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açıb. Körpə əlləri ilə tutduğu əlləri sabaha ümidə uzadıb. Səyyad müəllim və Nazilə xanımın həsrətlə üşüyən qəlblərini isidib. Bacısı Şəbnəmin, qardaşı Üzeyirin dayağı olub. Toğrul vətənə bir oğul olmağı düşünəndən evindən uzaq kursant həyatı başlayıb.
Toğrul Məmmədov 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Həmin gün Toğrulun vətənli, vətənin Toğrullu arzuları cücərməyə başlayıb. Hər kəs Toğrulun əzmkarlığına, bacarığına şahid olub. Toğrul hər könülə yol tapıb. Əksi olsa mən illər sonra o könül qapılarını döyəndə Toğrullu xatirələr o qədər həsrətlə dilə gəlməzdi.
Toğrul Məmmədov Heydər Əliyev adına Hərbi Liseydə üçillik təhsilini uğurla başa vurduqdan sonra 2005-ci ildə Azərbaycan Ali Hərbi Məktəbə (AAHM) qəbul olur. Könüllü olaraq hərb peşəsinin ən çətin və məsuliyyətli ixtisası olan mühəndis-istehkam ixtisasını seçir. Müəllimlərinin, kursant yoldaşlarının güvənini qazanan, dost yolunda hər fədakarlığı edən bir insan olur. Toğrul Məmmədov Azərbaycan Ali Hərbi Məktəbində dördillik təhsilini başa vurduqdan sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birillik kurs keçir. Daha sonra bir leytenant kimi hərbi xidmətə başlayır.
Toğrul sinəsi dağlı, sinəmizin dağı Ağdam rayonunda xidmətə başlayır. Raquf Orucovun komandanlığı altında xidmət edən qəhrəman komandirinin güvənini qazanır. Əvvəlcə bir zabit kimi, sonra isə bir dost kimi.
Toğrul Məmmədov peşəkər istehkamçı idi. Dəfələrlə uğurlu əməliyyatlar aparması onun peşəkarlığının sübutu idi. Həmin o əməliyyatlardan biri 2014-cü il iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verir. Düşmənin Ağdam istiqamətində yenidən azğınlaşması şiddətli döyüşlə nəticələnir. Raquf Orucov və Toğrul Məmmədov həmin vaxt düşməni məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur qoyurlar. Düşmən tərəfin 100-dən çox canlı qüvvəsi məhv edlir. Azərbaycan Ordusunun isə 13 hərbi qulluqçusu şəhid olur. Toğrul uzun müddət bu itkilərlə barışa bilmir. Ancaq qisas hissi ilə özündə güc tapır.
Ağdamın işğal yarası hər bir azərbaycanlının qəlbində qövr edirdi. Vətəndən vətənə sürgün edilmək qəbuledilməz bir gerçək idi. Bu gerçək Toğrulun ən böyük iztirabı idi. O Ağdama məlhəm olmaq üçün, ümid olmaq üçün hər vəchlə çalışırdı. Təyinatla Bakı şəhərində yerləşən N saylı hərbi hissədə xidmətə göndərilən zaman o bir daha Ağdamsızlığın acısının dərinliyində boğulduğunu hiss etdi. Könüllü olaraq yenidən Ağdam rayonunda xidmət etmək üçün ərizə yazdı və düşmənin nəfəsi duyulan torpaqlarda düşmənin nəfəsini kəsməyə davam etdi.
Toğrul Məmmədov ağdamlıların ümidlərinə, arzularına işıq saçan bir qəhrəman olub. Elə o ümidləri doğrulda-doğrulda ağdamlıların eloğluna çevrilib. Ağdamlılar Toğrul Məmmədovun Ağdamda düşmənin bir addımlığında çəkilən valların, sədlərin çəkilməsi üçün hansı fədakarlığı etdiyini gözəl bilirdilər. Rəhmətə gedən doğmasını ermənilərin açdıqları atəşlər səbəbindən gündüzlər deyil gecələr dəfn edən kənd camaatının çəkdiyi çilələr Toğrul Məmmədov üçün qəbuledilməz idi. O, yerli camaatın bu çiləsini sona çatdırmaqda qərarlı idi. Heç vaxt qərarından dönmədi.
2016-cı il aprelin 1-dən 5-nə qədər Azərbaycan Ordusu düşmənini diz üstə çökdürərək ilk zəfər sevincini yaşadı. Həmin vaxt Toğrul Məmmədov Ağdam rayonu istiqamətində düşmənin nəfəsini kəsirdi. Düşmənin bir addımlığına qədər gedən qəhrəman düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində böyük rol oynamışdı. Hələ Aprel döyüşlərindən öncə də Toğrul dəfələrlə düşmən tərəfin verdiyi itkilərin səbəbkarı olmuşdu. Eynilə həmin döyüşlər zamanı da Toğrul öz sözünü döyüş meydanında deməyi bacardı. Ancaq öncə komandiri Raquf Orucovun, sonra can dostu Nəcməddin Savalanovun şəhid xəbəri ilə sarsıldı. Qiyamətə qalmayacaq qisas andı ərşə ucaldı.
Toğrul Məmmədov üçün Raquf Orucovla bərabər addımladığı Ağdamda onsuz addımlamaq asan olmadı. Ancaq o qərarlı idi. Məzarlığa qədər çəkilməsi planlanan həmin val tamamlanmalı idi. Hər dəfə ümidə doğru daha da yaxınlaşdıqca düşmən daha çox azğınlaşırdı. Valın həmin məzarlığa çatmasına çox az qalmış Toğrul Məmmədovun ömür yolu şəhid kimi tamamlandı.
Toğrul Məmmədov 14 iyul 2016-cı ildə uzun müddət idi alacağı günü gözlədiyi kapitan rütbəsinə layiq görülür. Həmin gün qüruru və sevinci tən idi. Üz tutub getdiyi ünvan isə həsrətli vətən idi. Elə yol üstə olanda düşmənin atəşkəsi yenidən pozduğu xəbərini alır. Zaman itirmədən sevdasının ünvanı Ağdama çatır. Ona önə getməməyini desələr də israrla əsgərləri ilə birlikdə öndə olacağını bildirərək önə atılır. Həmin an Toğrulun əsgəri düşmənin snayper atəşinə tuş gəlir. Toğrul "Yaralı əsgəri çıxarın, tez əsgərləri çıxarın" deyir. Ortalıq bir anda qarışır. Toğrulun susqunluğu təəccüb doğurur. Bu susqunluğun səbəbi qısa müddət sonra bəlli olur. Başından vurulan Toğrul Məmmədovun vətən sevgisi ilə döyünən ürəyi çırpınır. Ancaq o son çırpınış olur. Bəlkə həyata dönər deyə xəstəxanaya çatdırılan Toğrulun xəstəxanadan nəşi çıxır.
Naxçıvanda doğulub Ağdamda vətənin şəhid oğluna dönən Məmmədov Toğrul Səyyad oğlunun nəşi bayrağın ağuşunda el-obasına üz tutur. O gün Şəbnəm və Üzeyir ard-arda itirdikləri ana və atalarından sonra dayaq bildikləri qardaşlarına da əbədi vida edirlər.
Bu həyatda vətəndən başqa bir yadigarı qalmayan Toğrul Məmmədovun adı hər bir azərbaycanlının susmayan könül səsidir. Vətən qeyrətini çəkən bu qəhrəmanı "QEYRƏT TƏCƏSSÜMÜ" olaraq görürəm. Toğrul Məmmədovun adını yaşatmaq üçün hər vəchlə çalışan qardaşı Üzeyir Məmmədovun dəstəyi ilə Toğrul Məmmədovdan bəhs olunan "QEYRƏT TƏCƏSSÜMÜ" kitabını yazdığım zaman mən bu qəhrəmanın vətən sevdasına sevdalandım.

RUHLAR ŞƏHƏRİNİN ŞƏHİD SAKİNİ
Məzarından boylanır ürəyimin naləsi,
Boğur mənim ruhumu yenə də sükut səsi.
Bu məzar vətən daşı, bu məzar and yeridir,
Çünki azadlıq idi Toğrulun tək qayəsi.

Ağdamın hər qarışı əzmi ilə nurlandı,
Tapdaqda qalan yurdun həsrətiylə qəlb yandı.
Neçə-neçə şəhidin uğrunda can verdiyi,
"Ruhlar şəhəri" Ağdam al qanına boyandı.

Toğrul hey tələsirdi vətənin imdadına,
Şəhid kimi üz tutdu gənc yaşda yaradana.
Vətən, xalq qeyrətini çəkən vətən oğlunun,
Biz "Qeyrət Təcəssümü" söyləyirik adına.
13.07.2023

Manya Səxavətqızı "Vətən Fədailəri" layihəsinin rəhbəri, AYB-nin və AJB-nin üzvü.


{sape_links}{sape_article}