Polisi arxasıyla “sürüyən” “avtoş”la bağlı- Açıqlama+Video
Tarix: 19-11-2014 21:57
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Əsədov sosial şəbəkələrdə yayılmış “avtoş”un DYP əməkdaşı ilə necə qaçdı-qovdu oynadığı görüntüləri ilə bağlı açıqlama verib.
Vaqif Əsədov oxu.az-a bildirib ki, bunula bağlı araşdırma aparılacaq və sürücü məsülyyətə cəlb olunacaq.
“Təbii ki, avtomobili yüksək sürətlə idarə edən, təhlükəli manevrlə YPX əməkdaşından yayınmağa çalışan sürücü, yol polisi tərəfindən təqdim edilmiş raport əsasında mütləq tapılıb məsulyyətə cəl olunacaq. Sürücünün bu əmələrini texniki vasitə ilə yayılması sürücünün aşkar edilib məsluyyətə cəlb olunmasına əsas verir”.
V.Əsədov qeyd edib ki, sürücü avtoxuliqanlıq əlamətlərinə yaxın xətta törədib: “Sujetdən sürücünün təhlükəli manevrlər etməsi və avtomobili sürətlə idarəsi avtoxuliqanlıq əlamətləri olan xətaları törətdiyi görünür”.
BDYP şöbə rəisi gənclərə yayımlanan video ilə bağlı çağrış edib:
“Bu ölmək deməkdir, bunun kimi hallar sürücünün məsliyyətə cəlb edilməsinə əasas verir. Yol polisinin "saxla" əmrinə tabe olmayan sürücünün məqsədi nədir? Bu qəhrəmanlıq deyil, ağılsızlıqdır. Avtoxuliqanlıq əmələrini internetdə yayımlaqla sürücü özünü qəhrəman hesab edir, ama onun qəhrəmanlığını bu törətdiyi əməli ilə əlaqədar aldığı cəzada görəcəksiz. Bu gün internetdə qəhrəmanlıq edən sürücü sabah məhkəmə qarşısında görsəniz dəhşətə gələrsiz”.
Seçilmişlər
Ən çox oxunanlar