Elza Seyidcahan həmkarını məhkəmə ilə hədələyir - Səbəb
Tarix: 20-10-2019 09:35
Müğənni Xatun Əliyeva Əməkdar artist Elza Seyidcahanı bir daha parodiya etməyəcək.
Buna səbəb E. Seyidcahanın X. Əliyevanı məhkəmə ilə hədələməsidir: “Elza Seyidcahan məni məhkəmə ilə hədələdi. Mən də ondan sonra parodiya etmədim. İstəmədim məhkəməyə gedim. Xanım məhkəmələrə getməz. Bizim övladlarımız var. Gedənlərin də aqibətini gördük”.
X.Əliyeva xatırladıb ki, onu başqa bir məsələyə görə məhkəməyə vermişdilər: “O məhkəmədə hakim savadlı insan idi, iddianı rədd elədi. Qadağada olan parodiyalarım var, amma etmək istəyirəm, edə bilmirəm”.(Mtv)
Seçilmişlər
Ən çox oxunanlar