Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu (FOTOFAKT)

Tarix: 08-07-2019 12:57   
Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu
Sumqayıtın yeni bulvarında açılmış "Posedion” restoranında müştərilərə qarşı davamlı dələduzluq edilir.

GÜNpress.az BakuPost-a istinadən xəbər verir ki, iki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.

Belə ki, menyuda təklif olunan iki "Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər.

Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə "Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan "Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, "Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz "Kiçik çay dəstgahı” yox, "Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər.

Amma nədənsə administratoru tapmaq mümkün olmayıb. Restoranda əyləşən digər müştərilər bu halın birinci dəfə baş vermədiyini bildiriblər: "Burda menyuya görə yox, adama görə pul alırlar. Elə ki gördülər, kənardan gəliblər və ya turistdir, ağızlarına gələn qiyməti oxuyurlar”.
Onların sözlərinə görə, bu anormallığa görə restoranda bir neçə dəfə dava da düşüb.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı restoranla əlaqə saxlayıb. Oradan bildirib ki, qiymətlər dəyişilib, ancaq menyuya hələlik yazılmayıb: "Qiymətlər bir-iki gündür dəyişilib. Lakin hələlik menyuya yazılmayıb. Biz tapşırmışıq ki, müştərilərə əvvəlcədən xəbərdarlıq edirlsin. Əgər edilməyibə, ofisiantın günahıdır”.

Qiymətlərin birdən–birə iki dəfə qalxmasının səbəbinə gəlincə belə deyilib: "Açıq havada qiymətlər başqa cür hesablanır. Həm də canlı musiqiyə görədir”.
Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu
Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu