Mirzə Xəzər dünyasını dəyişdi
Tarix: 02-02-2020 20:56
Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib.
Jurnalistin ölümü haqda “Azadlıq qəzeti”nin Facebook səhifəsində yazılıb.
Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.
Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.
Allah rəhmət eləsin!
Seçilmişlər
Ən çox oxunanlar