Kəmaləddin Heydərovun Londondakı mülklərinin SİYAHISI - FOTOLAR
İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə etdiyi aşkarlanıb.
GÜNpress.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.
Jurnalist bildirib ki, hansısa səbəblərdən nazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləri sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb.
Nazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib. Böyük ehtimalla Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə aralarında yaranan soyuq münasibətlərdir. Yəni, uzun illər hakimiyyətə xidmət edən K.Heydərov artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib. Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir. Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.
Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib:
QAYA REAL ESTATE04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədər Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib.
Bunlar Heydərovların üzdə olan şirkətləridir. Maliyyə hesabatlarına görə onlardan yalnız UEI RESTAURANTS LIMITED şirkəti daha ciddi aktivlərə sahibdir. 2016-cı ilin maliyyə hesabatına görə bu şirkətin kapital və rezervləri 10 milyon 770 min funt sterlinq həcmindədir. Bu o deməkdir ki, əvvəlki illə müqayisədə 500 min funt sterlinq artıb. Bu şirkət Londonda Heydərovlara məxsusBAKU RESTAURANT-ı idarə edir. Bu restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda14 funt sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.
Sloana Streetdəki Bakı kafesi də Heydərovlara aiddir. Bura daha çox bar-qəlyanxana kimi tanınır və CAFE BAKU LIMITED şirkti tərəfindən idarə olunur. Kapitalı 700 min dollara yaxındır.
AZERBAIJAN JUICES LIMITED şirkətinin aktivləri isə bundan bir qədər artıqdır. 2015-ci ilin tədiyyə balansına görə 800 min funt sterlinqdən bir qədər artıq. Sənədlərə görə Taleh və Nicat Heydərovların yaşadıqları ünvan 13 Albert Hall Mansions, Kensington Gore, London olaraq göstərilir. Bu ünvanda 4 otaqlı evlərin qiyməti 6,5-7 milyon funt sterlinqdən başlayır.