Atambayevi təslim olmağa razı salan dövlət məmuru işdən çıxarıldı
Tarix: 13-08-2019 19:36
Qırğızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov vəzifəsindən azad edilib. Bu barədə “24.kg” saytı şəxsi mənbələrinə istinadən xəbər verib.
Kursan Asanovu bu vəzifədə DİN İstintaq Xidmətinin rəisi Pamir Asanov əvəzləyib. P.Asanov hər iki vəzifəni icra edəcək.
Kursan Asanovun hansı səbəbdən vəzifədən azad edilməsi barədə məlumat verilməyib. Xatırladaq ki, K. Aslanov bir müddət əvvəl Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevlə onun Xüsusi Xidmət Orqanları əməkdaşlarına təslim olmağı üçün danışıqlar aparıb və onu razı salıb.
Seçilmişlər
Ən çox oxunanlar