Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

XƏYALLARDAN ZİRVƏYƏDƏK

Tarix: 15-05-2024 10:47   

(Hekayə)

İllər bir-birini əvəz edirdi. Əli kişinin böyüdüb boya-başa çatdırdığı iki oğlu böyük arzularla yaşayırdı. Səbuhi və Elnur ali təhsilini uğurla başa vuraraq gələcək planlarını həyata keçirmək barədə düşünürdülər. Əli kişi və Süsən ananın övladlarına verdiyi tərbiyəyə çoxları həsəd aparırdı. Çox keçmir ki, Səbuhi ixtisası üzrə saytların birində işə düzəlir. Elnur isə çex-azərbaycan dili üzrə tərcüməçiliyi bitirsə də həyat onu başqa səmtə sürükləyirdi. İxtisası üzrə işləmək istəməyən Elnura dayısı oğlu Orxan səs rejissoru kimi sənətin sirlərini öyrədir. Bir müddət birlikdə Bozbash Pictures filmlərində çalışıb özünü bu işdə doğruldan Elnur sonradan daimi işlə təmin olunur. Hələ məktəb illərindən yazdığı şeirləri və repi ilə rəğbət qazanan Elnur işlədiyi kollektivdə istedadlı gənc kimi tanınır. Onlarla serialın, sənədli filmin və reklamların səs rejissoru olan Elnur günlərin birində dostuna deyir ki, səfərbərlikdir, könüllü cəbhəyə getmək istəyir. Dostu yarımçıq qalan işlərini başa çatdırmasını məsləhət görsə də Elnur buna etiraz edir. İki min iyirminci ilin sentyabr ayının iyirmi yeddisində ölkədə başlanan müharibəyə getmək üçün könüllülər siyahısına yazılır. Səhərisi gün iş başında olarkən ona zəng gəldiyindən istifadəsində olan aparatları on-on beş dəqiqə ərzində təhvil verərək birbaşa səfərbərlik və hərbi xidmətə çağırış üzrə idarəyə gedir. Elnura sabah, yəni iyirmi doqquz sentyabrda səhər saat altı tamamda idarədə olması barədə bildiriş vərəqəsi verilir. Orada onunla rastlaşan qonşusu Natiqlə xeyli söhbət edir və sabah cəbhəyə gedəcəyini bildirir. Natiq öz qardaşı Elçinin də cəbhəyə yollanacağını deyir. Evə gələndə anası soruşur:
- Elnur, işdən nə tez gəlmisən?
- Gedirəm, ana!
- Müharibəyə? Səni də aparırlar?
- Mən özüm gedirəm, könüllü siyahıya yazılmışam.
Bu sözləri eşidən atası Əli kişi dedi:
- Oğlum, sən orta məktəbdə oxuyanda polis olmaq istəyirdin, fotoqraflığı da
bacarırsan, amma tərcüməçilik oxudun. Hətta iki dəfə xaricə getmək imkanın oldu, amma imtina etdin. İstək və həvəs qaldı bir tərəfdə, səs rejissoru oldun. İndi də cəbhəyə gedirsən, necə döyüşəcəksən?
- Ata, əsgərlikdə topçu olmuşam, ermənilərin öhdəsindən gələrəm. Siz narahat olmayın,
əvvəlcə təlimlər olacaq, sonra döyüşə gedəcəm. Bir-iki həftəyə qayıdaram.
Süsən ana göz yaşlarını saxlaya bilmədi. Elnur ona yaxınlaşıb dedi:
- Ana, sənin varlığın mənim yaşamağımdan üstündür. İnan ki, böyüsəm də sənin laylanı
yenə eşitmək istəyirəm. Səni sevdiyim qədər Vətənimi də sevirəm. Əgər Vətən dar günündə hayqırıb imdad istəyirsə, mən getməyim bəs kim getsin?! Axı, mən təkcə sənin deyil, həm də bu Vətənin oğluyam!
Süsən ana göz yaşları içərisində dedi:
- Əminəm ki, qalib gələcəyik. Sən öz işinə qayıtsan yaxşı olar. Səbuhi qardaşın nişanlıdır,
toyuna hazırlaşırıq. Sən isə...
Elnur dedi:
- Ağlayırsan? Bax, indi Vətən də belə ağlayır. Ana, yadındadır, məktəbdə bizə dərs
deyəndə tez-tez vurğulayırdın ki, müəllimlərin borcu sizi vətənpərvərlik ruhunda tərbiyə etmək, əsl şəxsiyyət kimi yetişdirməkdir. Mənim arzum polis olmaq idi, amma heç atam demiş, tərcüməçi də işləmədim. Eybi yoxdur, amma vaxt gələcək, mənim kimi oğulla qürur duyacaqsınız. Layiqli övlad olduğumu sübut edəcəyəm. İnanırsan, evə taksi ilə gələndə sürücü dedi ki, sən şəhər uşağısan, müharibəyə getmə. Verdiyim cavabdan özü də utandı. Dedim ki, Qarabağ torpağı həm şəhərlinin, həm də kəndlinindir, bütün xalqımızındır. Könüllü yazılmışam, müharibəyə getməsəm kişilikdən deyil. Məyus olan sürücü dedi ki, bağışla, qorxdum ki, birdən peşimançılıq olar. Müharibədən hamı sağ-salamat qayıtmır. Qolunu, qıçını, gözünü itirənlər o qədər olur ki...
Süsən ana dedi:
- Sürücü bizi düşünüb deyib də... Fikirləşib ki, səni min əziyyətlə boya-başa çatdıran
valideynlər var. Olmadı elə, oldu belə...
- Ana, məni heç kim fikrimdən döndərə bilməz. Sabah səhər saat altı tamamda səfərbərlik
və hərbi xidmətə çağırış üzrə idarədə olmalıyam. Müharibəyə gedən mənəm, nə olursa olsun, gedəcəyəm. Ağlama, anacan! İnan ki, əhvalım yaxşıdır, səhərin açılmasını səbirsizliklə gözləyirəm. Gedim hazırlaşım.
Elnur səhər saat altıda getməli olsa da gecə üç radələrindən oyanmışdı. Həmin gecə yata bilmirdi, səhərin açılmasını gözləyir, cəbhəyə getməyə tələsirdi. Özünə lazım olan bəzi əşyaları toplayıb hazır dayanmışdı. Dan yeri ağarırdı, evdəkilər də onu yola salmaq üçün sübhdən oyanmşdılar. Elnur qardaşı Səbuhi ilə bərk-bərk qucaqlaşıb ata-anasını ona tapşırdı. Valideynləri Elnuru duz kim yalayırdı, elə bil bunun son görüş olduğunu bilirdilər. Süsən ana inanclara inanan qadın idi. O üç dəfə müharibəyə yola saldığı oğlunun başına dolanıb qada-balasını götürdü və sağ-salamat qayıtmasını dua etdi. Elnur isə ağırlığının anasının canına düşməsin deyə, üç dəfə əksinə dolandı. Anası tərslik edən oğluna əsəbiləşsə də yol ustundə olduğu üçün ona bir söz demədi. Yaşadıqları fərdi evin darvazası açıldı. Onlar birlikdə yola çıxdılar. Birdən Elnur şəxsiyyət vəsiqəsini unutduğunu deyib geri qayıtmalı oldu. Anası: - Kaş evə belə sağ-salamat qayıdasan, bala, - dedi. Elnur şəxsiyyət vəsiqəsini götürüb evin darvazasından çıxanda hər tərəfə, hətta qonşuların yaşadığı evlərə tərəf doyunca baxdı və yoluna davam etdi.
Elnuru cəbhəyə yola saldığı gündən Süsən ananın yuxusu da ərşə çəkildi. Elə həmin gecə azacıq da olsa gözünün acısını almaq istəyən ana gördüyü dəhşətli yuxudan dik atıldı. Səbuhi ondan yuxuda nə gördüyünü soruşanda aldığı cavabdan özü də qorxdu. Ana: - Gördüm ki, hərbi komissarlıqdan biri gəlib deyir ki, oğlun şəhid olub, al bu da onun hərbi bileti, - söylədi. Evdəkilər onu sakitləşdirsə də ana ürəyi sakitləşmədi...
Üç-dörd gündən bir evə zəng edən Elnur doğmalarına hələlik təlimdə olduğunu deyirdi. Amma məhəllə uşaqlarından olan Cavid Səbuhi ilə rastlaşanda telefonda müharibənin dəhşətlərindən danışan qardaşının ön cəbhədə vuruşduğunu, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində, Ağdamda, Xocavənddə erməninin nəfəsini kəsdiyini bildirdi. Elnur noyabrın dördündəki sonuncu zəngində evdəkilərə həmişəki kimi özünüzü qoruyun, deyirdi. Yaxınları isə ona özündən muğayat olmağı tapşırırdı.
Qarabağın azadlığı uğrunda qızğın döyüşlər davam edirdi. Noyabr ayının altısından yeddisinə keçən gecə Süsən ana yuxusunda döyüşçü oğlunu gördü. Əsgər paltarında yuxusuna girən Elnur əlini anasının çiyninə qoyub onu yuxudan oyatdı. Anası yuxuda başını qaldırıb soruşdu: - Gəlmisən? Süsən ana sevincək yerindən qalxanda bunun həqiqət yox, bir röya olduğunu anladı.
Hamı Elnurun tezliklə evə gələcəyini düşünür, cəbhə xəbərlərini izləyirdilər. Noyabr ayının yeddisi idi. Bir nəfər darvazanı döyüb Əli kişini məhəllənin o biri başına çağırdı və oğlunun yaralı olması barədə məlumat verib Ağcabədiyə getmək lazım olduğunu bildirdi. Əli kişi xəbəri evdəkilərə çatdırıb onlara təsəlli verdi. Cəld qohumlardan Güləli əmi və Elsevər xalaoğlu ilə hazırlaşıb Ağcabədiyə Yuxarı Qiyaməddinli kəndinə yollandı. Oğlunun Ağcabədi rayonunun Məscidində olduğunu öyrənib ora getdi. Nəşinə baxmağa ürəyi gəlməsə də onunla birgə gedən qohumlar Elnurun meyidini tanıdılar. Şəhidin cənazəsini Sumqayıta gətirdilər. Elnurun dönə-dönə baxıb getdiyi məhəllədəki evlərdən qonşuların hamısı onun şəhid xəbərini eşitmişdi, amma Süsən ana ilə Səbuhi onu hələ də yaralı bilirdi. Hamı məhəlləyə yığışıb cənazənin gətirilməsini gözləyirdi. Səbuhinin telefonuna nişanlısı Nazlıdan zəng gəldi. O ağlaya-ağlaya eşitdiyi bəd xəbəri dedi: - Qardaşın şəhid olub! Acı xəbərdən sarsılan Səbuhinin başı hərləndi və gözlərində hər tərəf qaranlığa büründü.
Məhəllədə böyükdən kiçiyə qədər hamı şəhidin cənazəsi önünə yığılmışdı. Süsən ananın ürəkləri dağlayan qışqırığı, hönkürtüsü hər tərəfə yayılmışdı. Hökümət adamları və döyüş yoldaşları ilə görüşüb söhbət edən ata və qardaş Elnurun noyabrın yeddisi səhər saatlarında şəhidlik zirvəsinə ucaldığını öyrəndilər. Döyüş yoldaşlarından Fəxrəddin, Elman və Raufla söhbət zamanı məlum oldu ki, həmin vaxt hər iki tərəfdən güclü atışma gedib. Qarşı tərəfdən atılan top qəlpəsi yerdəki daşa dəyərək səngərə düşüb və Elnurun boğazının şah damarını deşib çıxıb. Ağdamın, Hadrutun alınmasında mərdliklə döyüşən iyirmi beş yaşlı gənc həlak olub. Elnurun igidliyindən danışan döyüş yoldaşları onun şən və mehriban insan olduğunu, müharibədən sonra azad edəcəkləri yerləri onlarla birlikdə gəzib dolaşmağı arzuladığını söylədilər. Hətta öz aralarında onu dərin biliyinə görə fəlsəfə adlandırdıqlarını bildirdilər. Məlum oldu ki, Elnur Xocavənddə ermənilərdən qənimət kimi götürülən topla düşmənə qarşı vuruşub. Günlərin birində isə yaralıları daşıyarkən üst-başı qanlı olduğundan hərbi paltarını çıxarıb yumağa verib, adi paltarda hərbiçilərlə bərabər vuruşub. Yaralı olanlar sağalıb öz döyüş yerlərinə qayıdanda Elnur özü də yaralı imiş, amma həmin yeri tərk etməyib, onlarla döyüşməyə davam edib. Maraqlı məlumatları öyrənən Əli kişi və Səbuhi onlara verilən üçrəngli bayrağı öpüb: - Vətən sağ olsun, deyərək Elnurla fəxr etdilər. Elnur Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Səhəri gün Şuşa da azad olundu. Zəfər günü tarixin şanlı səhifəsinə həkk oldu.
Torpaqların azad olunmasından bir il yarım ötürdü. Süsən ana şəhid oğlunun xəyallarını gerçəkləşdirmək arzusunda idi. Azad torpaqları gəzmək, qanı tökülən yerlərə baxmaq istəyirdi. O Əli kişi ilə birgə Ağcabədiyə gedərək Yuxarı Qiyaməddinli kəndini qarış-qarış gəzdi. Oğlunun şəhid olduğu səngərə qədər girib baxdılar. Əli kişi dedi: - Oğul, ölümündən sonra dövlətimiz sənin hünərini dəyərləndirib. “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medallarla təltif olunmusan. Ruhun şad olsun!
Ata-ananın gəlişindən xəbər tutan Səlim və Sədi adlı komandirlər vaxt ayırıb onlarla görüşdülər. Elnurun göstərdiyi şücaətlər haqqında eşidən valideynlər fəxarətlə torpağa baş əydilər. Süsən ana dedi: - Bu gün Qarabağ sənin kimi oğulların sayəsində azaddır, Vətən oğlu! Şəhid kimi xalqımız üçün həmişə varsan, övlad kimi mənim üçün daha yoxsan. Səni Vətən üçün böyütdüm, sən də Vətən yolunda canını verdin. Rahat uyu, biz qalibik!
Azad torpaqları gəzdikcə ata və anaya elə gəlirdi ki, yağan yağışlar axıdılan qanları hələ yuyub aparmayıb. Hər daşda, kəsəkdə qalan qan izləri qanlı-qadalı müharibədən söz açır və düşmənə nifrət yağdırır. Sonra buralara dəyəcək yeni nəfəsin hər tərəfi laləzara çevirəcəyinə inanıb özlərinə təsəlli verirdilər.
Sumqayıta qayıdan valideynlər şəhərin İnşaatçılar qəsəbəsinin girişindəki xatirə lövhəsinin önündə dayandılar. Qara mərmərdən olan bu lövhədə şəhid Elnur Allahverdizadə ilə Elçin Hüseynovun şəkili və adı var idi. Səbuhi və Elçinin qardaşı Natiq də burada idi. Natiq Elnuru cəbhəyə getmək üçün könüllü döyüşə yazıldığı günü xatırlayıb dedi: - Xəyallardan zirvəyədək yeni nəslə örnək olan qısa, amma şərəfli ömür yolunuz əsrlərlə yaşayacaqdır. Arxaya dönüb baxanda məktəblilərin gül dəstəsi ilə xatirə lövhəsinə tərəf gəldiyini gördü.
RƏNA TƏBƏSSÜM