Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Amnesty İnternational”a ETİRAZ

Tarix: 07-10-2020 17:27   
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Amnesty İnternational”a ETİRAZ
Oktyabrın 5-də “Amnesty İnternational” təşkilatı özünün veb-saytında qərəzli, təhrif olunmuş, birtərəfli faktlara söykənən bəyanat yayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Amnesty İnternational” təşkilatının əsil həqiqətdən uzaq olan bəyanatını qətiyyətlə pisləyir və bu bəyanata öz etirazını bildirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının mülki əhalisini, yaşayış məntəqələrini atəşə tutması dünya ictimaiyyətinə məlumdur və bu real faktı heç kim inkar edə bilməz.

Biz bu reallıqları görmək istəməyən və bilərəkdən təhrif edən “Amnesty İnternational” təşkilatına və həmin xislətdə olanlara bir daha xatırlatmaq istəyirik ki, məhz Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfindən mülki şəxslər, hərbi qulluqçilar arasında ölən və yaralananlar vardır. Dinc mülki əhalinin yaşadığı şəhər və rayonlarda, kənd və qəsəbələrdə mülki obyektlər, yaşayış evləri, xəstəxanalar, məktəb binaları, kənd təsərrüfatı sahələri mütəmadi olaraq atəşə məruz qalır. Sentyabrın 27-dən indiyədək 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, evlər, infrastruktur obyektlər dağıdılıb.

Reallığa göz yumaraq az qala “timsah göz yaşları” axıdan adıçəkilən təşkilata bildirmək istəyirik ki, Azərbaycanın Gəncə, Mingəçevir kimi iri sənaye şəhərləri, Beyləqan, Tərtər, Goranboy, Bərdə və digər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub. Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərinə kaset tipli raketlər atması ilə Avropanın enerji təhlükəsizliyinin nə dərəcədə təhdidə məruz qalmasını da yəqin ki, dərk etməmiş deyilsiniz.


Azərbaycanın Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünü bərpa etmək və yalnız düşmənin döyüş hədəflərinə zərbə endirmək üçün öz torpağında vuruşur. Ordu mülki obyektlərə və əhaliyə atəş açmır və döyüş sursatından tam istifadə etmir.


Tarixin qan yaddaşına həkk edilmiş bəzi faktları sizə xatırlatmaq, fikrimizcə, yerinə düşər. 30 ilə yaxın müddət ərzində Azərbaycanın tarixi torpaqlarının erməni tapdağı altında qalması, minlərcə insanın, qoca, körpə, qadın, fərq qoyulmadan vəhşicəsinə qətlə yetirilməsi, hələ də aqibəti məlum olmayan yüzlərcə girov götürülmüş vətəndaşımızın acı talelərinə dair faktları ya unutmusunuz, ya da sizi belə, insanlığa zidd, faktlar maraqlandırmır. Əgər maraqlandırsaydı 1992-ci ildə baş verən və bütün tərəqqipərvər dünyanı sarsıdan Xocalı qətliamına reaksiya verərdiniz. Sizin belə birtərəfli, qərəzli mövqe tutmağınız ilk növbədə özünüzə zərər gətirir. Ən azı təşkilatınızı nüfuzdan salır. Onsuz da biz artıq Sizin ermənipərəst mövqeyinizə adət etmişik.

Haqq, ədalət carçısı kimi tanıtmağa çalışdığınız təşkilatın reytinqini bərpa etmək istəyirsinizsə, Sizə hadisələrə obyektiv yanaşmağı və beynəlxalq standartlara riayət etməyi, gec də olsa siyasi sifarişləri yerinə yetirməməyi tövsiyə edirik.

Ermənistanın sentyabrın 27-də başladığı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin: Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz tam çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli, 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq hümanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir. Bəlkə bu Qətnamələrdən də xəbəriniz yoxdur!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından bir daha “Amnesty İnternational” təşkilatının rəhbərliyinin diqqətinə çatdırmaq istəyirik ki, insan hüquqlarının müdafiəçisi məramını daşıyan təşkilata belə qeyri-obyektivlik və məlumatlara birtərəfli yanaşmaq yaraşmır və hərəkətləriniz ancaq nifrət hissi yaradır. Haqqın və ədalətin yanında olun.