Yol polisləri halı pisləşən vətəndaşa kömək etdilər
Tarix: 02-12-2019 21:43
Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənarına yıxılmasını görüblər.
Polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir.
Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan T.Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Seçilmişlər
Ən çox oxunanlar