Hafiz Hacıyev hücuma hazırlaşır
Tarix: 06-01-2015 18:05
Bu gün Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, ötən dövr ərzində görülən işlər, qarşıda duran vəzifələr müzakirə olub. Bundan əlavə, partiyanın strukturunda yeniliklərin olması barədə fikir mübadiləsi aparılıb. Belə ki, yeni ştatlar təsdiq olunub. Partiya sədrinin birinci müavini və ideoloji məsələlər üzrə müavin ştatlarının yenidən formalaşdırılması qərara alınıb.
Onu da qeyd edək ki, toplantıda yeni ildə görüləcək işlərlə bağlı geniş müzakirə aparılıb. Qərara alınıb ki, parlament seçkiləri ilə bağlı təbliğat qrupu yaradılsın. Qrupların formalaşmasından sonra müxtəlif istiqamətlərdə fəaliyyətləri təşkil olunacaq.
İdarə Heyəti nəzərə alıb ki, 2015-ci ildə Müasir Müsavat Partiyası əvvəlki siyasi kursuna davam edəcək. Bu il də ölkəmizə qarşı mənfur planlar quran qüvvələrə qarşı mübarizə aparılacaq. Bu müstəvidə anti-milli qüvvələrə, radikal müxaliyətə və mili maraqlarımıza zidd mövqedə olan beynəlxalq təşkilatlara qarşı mübarizə aparılacaq.
Toplantıda «Nida»çı gəncləri Müasir Müsavat Partiyasına qoşulması ilə bağlı müraciətə baxılıb və bu təşəbbüs müsbət qiymətləndirilib. Müzakirə olunan bu və ya digər məsələlərlə bağlı yekun qərarın növbəti toplantılarda verilməsi qərarlaşdırılıb.
Seçilmişlər
Ən çox oxunanlar