"Bölmələrimizin mühasirəyə düşməsi yalandır" - MN
Tarix: 16-09-2022 16:11
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
GÜNpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur. Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.
Seçilmişlər
Ən çox oxunanlar