Ramiz Zeynalovun işdən çıxarılması ilə bağlı DİN-dən AÇIQLAMA
Tarix: 02-12-2020 10:30
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Unikal.org xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
***
09:55
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, R.Zeynalov təqaüdə göndərilib.
Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından bu vəzifədə çalışırdı.
Seçilmişlər
Ən çox oxunanlar