Ana Prezident və Mehriban Əliyevadan kömək istədi: "Yalvarıram, 16 yaşlı oğluma kömək edin..." - FOTO
Tarix: 20-01-2020 20:26
Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 78-də yaşayan Musayeva Sultan Şura qızı Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
***
Çox hörmətli möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva!
1988-ci ildə erməni zülmü ilə yurd-yuvasından didərgin düşmüş sadə bir ailənin üzvü, bir ana olaraq diqqətinizə çatdırıram ki, övladlarımdan biri anadangəlmə qlükoma (göz) xəstəliyindən əziyyət çəkir, dəfələrlə öz daxili imkanlarımızla əməliyyat etdirmişik, hazırda da fasiləsiz müalicəsi davam etsə də, onun sağlamlığını bərpa edə bilməmişik...
Bütün diqqətimizin balaca övladımızın üzərində olduğu anda, böyük oğlum – 5 mart 2004-cü il təvəllüdlü 10-cu sinif şagirdi Sənan Musa oğlu Musayevin də bu ilin yanvarın 10-da qəfildən ürəyində çox ciddi problem yarandı. Təcili xəstəxanaya apardıq. İlkin müqayinədən sonra oğlum dərhal Respublika Uşaq Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirildi.
Həkimlərin analizinə görə, Sənan Musayevin ürəyinin 80 faizi işləmə qabiliyyətini itirib, sol boşluqlarda ciddi böyümə gedib, mədəciyi ciddi dilatasiya olunub. Rəsmi son dəqiq diaqnozu belədir: dilatasion kardiomiopiya. Pulmonar venoz hipertenziya.
Çox hörmətli Prezidentimiz və Mehriban xanım Əliyeva, yanvarın 19-da Sənan Musayevin vəziyyətinin daha ağırlaşmasından sonra, o, həkimlərin məsləhəti ilə Respublika Uşaq Kliniki Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə köçürüldü.
Bu mərkəzin həkimləri də deyir ki, oğlumun burada – Azərbaycanda müalicəsi mümkünsüzdür. Ona mütləq xaricdə ürək köçürülməldir.
Həkimlərin məsləhəti ilə İlkin olaraq bu müalicə və ürək köçürülməsi ilə bağlı Belarusdakı xəstəxanalarla maraqlandıq. Bizə oradan, daha dəqiqi Belarus Respublikasının Kardiologiya Elmi Mərkəzinin həkimləri ilə danışdıq. Onlar Azərbaycandakı həkimlərin dediyi diaqnozu təsdiqləyib, övladımıza ürək köçürə biləcəklərini və onu həyata qaytara biləcəkləri haqda ümid verdilər. Ancaq bunun üçün elə müalicə xərci deyildi ki, inanın, bu məbləği bütün daxili imkanlarımızı səfərbər eləsək də, çox təəssüf ki, qarşılaya bilmirik.
Çox hörmətli Prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyeva, son ümidimiz Sizədir. Bütün Azərbaycan xalqı kimi, biz də Sizin uşaqlara, onların qayğılarına, səhhətlərinə necə həssas və doğma yanaşdığınızı çox gözəl bilir, alqışlayır, qürur və fəxr hissi ilə danışırıq. Allah Sizləri bu xalqın üzərindən əskik etməsin, daim bu dövlətin və xalqımızın başının üstündə hər zamankı kimi vüqarlı durasınız. Dünyadakı bütün azərbaycanlılar kimi, biizm də nəsillikcə fəxrimisiniz!
İnan, hər iki övladımın xəstəliyi bizi maddi baxımdan çox ağır vəziyyətə salmasaydı, işinizin həddən artıq çox olduğu bir ərəfədə, böyük acılar içində olan bir ana olam da, Sizi qətiyyən narahat etməzdik. Amma çox çıxılmaz vəziyyətdə qalmışıq.
Ona görə, bir ana kimi Sizə üz tutub, xahiş edir, yalvarıram: hal-hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə olunan 10-cu sinif şagirdi olan oğlum Sənan Musayevin müalicəsini şəxsi nəzarətinizə götürüb, onun yaşamasına, həyata dönməsinə kömək edin.
İnanırıq, əminik ki, Siz bizim bu müraciətimizi tezliklə nəzarətinizə götürüb, 16 yaşlı Sənan Musayevin müalicəsi ilə maraqlanıb, dərhal müvafiq tapşırıqlar verəcəksiniz.
Göydə Allah, yerdə Sizdən başqa heç bir dayağımız, güman yerimiz yoxdur. Ona görə, bir daha yalvarıram sizə, bizə yardım əlinizi uzadıb, oğlumun həyata qayıtmasına köməklik göstərəsiniz. Əminik ki, övladımızın sağalıb, ailəmizə, məktəbli dostlarlnın arasına dönməsi üçün əlinizdən gələni edəcək və bizi sevinc gözyaşlarına qərq edəcəksiniz.
Allah Sizə yar və yardımçı olsun!
Böyük hörmətlə; Musayeva Sultan Şura qızı
Əlaqə nömrələri: 055 731 30 51
19 yanvar 2020-ci il"
Seçilmişlər
Ən çox oxunanlar