Ramil Usubov Məhkəmə sədrinin oğluna vəzifə verdi - Nazirdən təyinat
Tarix: 12-03-2019 20:19
Daxili İşlər naziri Ramil Usubov sərəncama götürülən rəisə yeni vəzifə verib.
GÜNpress.az Mia.az-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sumqayıt şəhər 4-cü polis bölməsinin keçmiş rəisi polis polkovnik-leytenantı Ruslan HüseynovNərimanov rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Təyinat xəbərini Nərimanov rayon Polis İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.
Seçilmişlər
Ən çox oxunanlar