Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində müdhiş maxinasiyalar

Tarix: 14-04-2016 16:05   
Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində müdhiş maxinasiyalar
Xidmətin rəisi Adil Məmmədov hansı yollarla milyonlara sahiblənib?
Maliyyə Nazirilyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ilə bağlı narazılıqlar zaman-zaman ortaya çıxsa da, bu və ya digər yollarla məsələ ictimaiyyətin diqqət mərkəzindən yayındırılıb. Ancaq Prezident İlham Əliyevin sahibkarlara qarşı dövlət məmurlarının süni əngəllər yaratması ilə bağlı sərt mövqe sərgiləməsi məsələnin yenidən aktuallaşmasına səbəb olub.

Gunpress.az-ın məlumatına görə, ölkə başçısının bu mövqeyi işadamlarının da narazılıqlarını dilə gətirməsinə rəvac verib. Sahibkarlara problem yaradan qurumlardan biri də Maliyyə Nazirilyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətidir. Bu qurum ictimai rəydə bir o qədər diqqətdə olmasa da, zərgərlik məhsulları ilə məşğul olanlar bu qurumun hansı qanunsuzluqlara yol verdiklərini yaxşı bilirlər.

Xatırladaq ki, bir müddət öncə zərgərlik məmulatlarının satışı ilə məşğul olan bir qrup sahibkar maliyyə naziri Samir Şərifova müraciət edərək ondan təxirəsalınmaz tədbirlər görməsini xahiş etmişdilər. Bu barədə elektron poctumuza şikayət də daxil olub. Məsələnin ictimai əhəmiyyətini əsas tutaraq, müraciəti olduğu kimi təqdim edirik. Müraciətdə olduqca ilginc məqamlar yer alıb: “Biz, zərgərlik məmulatlarının satışı ilə məşğul olan bir qrup sahibkar sizə müraciət edərək üzləşdiyimiz problemi hörmətli maliyyə naziri Samir Şərifovun diqqətinə çatdırmaqda yardımçı olmağınızı xahiş edirik. Əminik ki, Samir müəllimin nazirliyin indicə adını qeyd edəcəyimiz qurumunda baş verən xoşagəlməz olaylardan xəbəri yoxdur.

Ölkə prezidenti dəfələrlə sahibkarların üzləşdiyi problemlərdən bəhs edərkən qanunsuz müdaxilələrlə bağlı sərt mövqe sərgiləyib və məmurlara bununla bağlı xəbərdarlıq edib. Gözləmək olardı ki, prezident İlham Əliyevin sahibkarların incidilməsinə son qoyulmasıyla bağlı çağırış və xəbərdarlıqları heç olmsa ölkə iqtisadiyatında zəlzələ effekti yaradan son devalvasiyanın emosional təsiri altında kəskin effekt verəcək, müvafiq qurumlara rəhbərlik edən şəxslər nəfslərinə hakim olacaq, heç olmasa müəyyən dövr ərzində illər uzunu mənimsədikləri bədxassəli vərdişlərindən imtina edəcəklər.
Cənab prezidentin son müşavirələrdəki kəskin ritorikası isə bizdə daha bir əminlik yaratdı ki, dövlət vəsaitlərini dədələrinin malı kimi dağıdanlar bundan sonra Həzrət Əlinin qılıncından iti olan nəfslərinə “stop” deyəcəklər, nəhayət, sahibkarlar illər uzunu tamarzı qaldıqları asudəliyi hiss edəcəklər, onların fəaliyyətini məhdudlaşdıran qanunsuz tələbetmələrə son qoyulacaq. Amma biz saydığımızı saydıqca fələyin özünü şoka salmaq iqtidarında olanların nələri saydıqlarını gördükcə dəhşətə gəlirik və son ümidlərimizin də üstündən xətt çəkilir.
Yəqin ki, oxucularınızın tam əksəriyyətinin bu günədək Maliyyə Nazirilyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti adlı qurumun mövcudluğundan xəbəri yoxdur. Bu da təbiidir, bu qurumun mövcudluğu və qanunla hansı fəaliyyət göstərməsini yalnız zərgərlik məmulatlarının hazırlanması və satışı ilə məşğul olanlar bilə bilər və əfsus ki, onların da bir çoxunun qanunları bilməməsi sonda bəzi məmurların gerçək dəllal kimi davranması üçün əlverişli şərait yaradır.

Bu qurumun fəaliyyəti ondan ibarətdir ki, qiymətli metallardan olan zərgərlik məmulatlarına burada prob (əyar) vurulur və qiymətli daşların, əsasən də brilyantların keyfiyyəti yoxlanılır, beləliklə də satışda saxta məmulatların meydan sulamasının qarşısı alınır. Amma bu xidmətin rəhbərliyi qanunla müəyyən olunmuş fəaliyyətlərini bir kənara qoyaraq sahibkarların qanını zəli kimi soymaqla məşğuldurlar. Onlar bizim kimi kiçik sahibkarlara göz verib işıq vermir, ailəmizə çörəkpulu qazanmağın müqabilində bizə haqq (tas) qoyublar. Bu haqq da ondan ibarətdir ki, sahibkaralara məxsus piştaxta (polka) sayına görə həm aylıq, həm yarımillik, həm də illik olmaqla il ərzində dəfələrlə pul yığılır. Orta hesabla hər piştaxtaya görə bizlərdən il ərzində 1000 dollardan artıq haqq yığılır. Ölkə üzrə zərgərlik məmulatlarının satışı ilə məşğul olan on minlərlə sahibkarın və piştaxtanın olmasını nəzərə aldıqda il ərzində bu qurumun topladığı xəracın miqdarının on milyonlarla ölçüldüyünü müəyyənləşdirmək heç də çətin olmaz.
Qanunvericiliyə görə bir ədəd məmulata prob vurdurmaq 2 manata olduğu halda Xidmət rəhbərliyinin məcburi tapşırığı əsasında bizim hər birimizdən hər məmulata görə 10 manat pul alınır, yerdə qalan 8 manat mənimsənilir. Bu da yenə də milyonlarla vəsaitin çırpışdırıldığından xəbər verir.

Bildirmək istəyirik ki, üzləşdiyimiz məmur özbaşınalığı ilə bağlı dəfələrlə ölkə prezidentinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər etmişik və nəticəsizliyi görüb problemimizi məhz mətbuat vasitəsilə ictimailəşdirmək qərarına gəlmişik. Sizin vasitənizlə müvafiq qurumların diqqətinə çatdırmaq istəyirik ki, xidmətin rəisi Adil Məmmədov korrupsiya yolu ilə əldə etdiyi milyonların hesabına özünə dəbdəbəli həyat qurub və məmurdan daha çox biznesmen kimi tanınmağa başlayıb. Xidmət rəisinin daşınar – daşınmaz əmlaklarının sayı-hesabı yoxdur və təkcə onun tikinti biznesinə girişməsini və Tofiq Bəhramov adına Respublika stadionunun arxasında dəyəri milyonlarla ölçülən böyük əraziyə malik Topqapı” restoranını göstərmək kifayət edər.
Sizin vasitənizlə hörmətli nazirin diqqətinə onu da çatdırmağı lazım bilirik ki, bu xidmətin adında “qiymətli daşlara nəzarət” ifadəsi olsa da ölkəyə gətirilən və satışda təqdim edilən daşların demək olar ki, əksəriyyəti bu sahədə peşəkar mütəxəssislərin olmaması səbəbindən yoxlanılmır, nəticədə sirkon daşlarla bərkidilmiş məmulatlar brilyant adı altında alıcılara satılır.
Həmçinin sahibkarlardan qanunsuz yolla çoxlu haqq alındığına görə demək olar ki, əyar nəzarəti həyata keçirilmir və satış məntəqələrində qanunvericilklə müəyyən edilmiş əyarlardan qat-qat aşağı əyarlara malik məmulatlar, yəni demək olar ki, mis metaldan ibarət məmulatlar qızıl adı ilə əhaliyə satılır. Ona görə də vəziyyətin dözülməz olduğunu bir daha hüquq-mühafizə orqanlarının diqqətinə çatdıraraq təxirəsalınmaz tədbirlər görməsini xahiş edirik. Ümid edirik ki, bu sahədəki özbaşınalığa qısa zamanda əncam çəkiləcək, əks halda bizim etirazımızı başqa yolla – etiraz aksiyası ilə bildirməkdən başqa çarəmiz qalmayacaq”.

Maraqlısı odur ki, Xidmətin rəisi Adil Məmmədovun bu istiqamətdəki fəaliyyətinə lazımi səviyyədə qoymət verilmir. Amma xidmət rəsinin korrupsiya yolu ilə əldə etdiyi milyonların hesabına özünə dəbdəbəli həyat qurması diqqətdən kənarda qalmayacaq.

Gunpress.az