Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Ağ vərəqlər (hekayə)

Tarix: 23-05-2020 15:26   
Ağ vərəqlər (hekayə)
Pəhləvan cüssəli polis öz böyük kabinetində, öz ölçüsünə uyğun kresloda oturub qarşısında oturmuş yaşlı kişiyə diqqət və məzəmmətlə baxırdı. Qoca onun ərazisində yaşadığından onun əməlinə görə illərlə yuxarı rəhbərlik tərəfindən danlanılırdı. O, qocanı şəxsi düşməni sayırdı, bu cılız kişiyə görə karyerası da donmuşdu.

İkisi də susurdu. Rəis bu kişini neçə illər idi ki, tanıyırdı, daha doğrusu məcbur olub tanış olmuşdu. Qocanın kişinin polislər tərəfindən bölməyə gətirilmə sayını da itirmişdi. Bu insan eyni qanun pozuntusunu, eyni ardıcıllıqla, hər il edirdi. O, təqvimə baxan kimi bilirdi ki, Hüseyin kişini bu gün də gətirəcəklər. Bu insanı qorxutmuşdular da, dilə də tutmuşdular, elədiyinin mənasız olduğunu da ona dəfələrlə izah etməyə çalışmışdılar da! Xeyri olmamışdı!
Etdiyi cinayət də qəribə idi, ilişmək də olmurdu bu cinayətə görə kişiyə.
Tək yaşayırdı, təqaüdü ilə dolanırdı, uşaqları çörək dalınca Rusiyaya getmişdilər, onlar da atalarına pul göndərirdilər.
Hüseyin kişinini ehtiyacından artıq pul əlinə düşən kimi ətrafındakılara da kömək etməyə can atırdı.
Hətta onun bu cinayətinin qarşısını almaq üçün bəlli günlər onun yaşadığı evin qarşısında polis postu da qurmuşdular. Xeyri olmamışdı, post qurulacağını bilib gecəni qohumları ya da dostlarıgildə qalıb bildiyini mütləq edirdi.
- Hüseyin kişi, yorulmursan də?
Kişi bəsdir də, nə qədər olar?
Etdiklərinin bir xeyri varmı?
Elə sənə qalıb bu Qarabağın dərdi?
Bu elə hamımızın da problemidir də.
Dövlətimizin də bir nömrəli məsələsi də elə budur.
-Rəis, mən heç kimə mane olmuram.Bu mənim Qarabağla bağlı yeganə gücüm çatan işdir, bunu da Qarabağ azad olunana qədər edəcəyəm, ömür vəfa etsə!
- Hüseyn kişi, özün də qəribəsən, etdiklərin də! Bax mənə izah et, niyə hər il, hər rayonun işğal günü şəhər binalarımızın divarlarına ağ vərəqlər yapışdırırsan? Fikrini yazıb o ağ kağızlara vursaydın, bilərdik də sən nə demək istəyirsən, insanlarımızı nəyə çağırırsan? Biz də səninlə bağlı işimizi bilərdik!
Kişi, bax ikimizik, heç kim də yoxdur, mənə izah et; hər il, hər rayonun işğal günü divarlara ağ vərəqləri niyə yapışdırırsan?
- Rəis, mənim o ağ vərəqlərə yazmaq istədiklərimi insanlar gözəl başa düşürlər. Başa düşmək istəyənlərə nəsə yazmaq artıqdır! Başa düşmək istəməyənlərə isə istənilən yazı mənasız görünəcək.
Rəis başını aşağı salıb fikrə daldı.

Hümbət Həsənoğlu (8.may. 2020)