Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Hüzursuz miras...

Tarix: 11-05-2017 15:30   

Vəfa Allahverdiyeva

 

Dünyanın güc sahibləri nüvə silahlarını sınaqdan keçirərkən, heç də elmi kəşflərini, sənayenin istehsal gücünü yoxlamaq niyyətində olmurlar. 

Öndə gələn niyyət qorxu yaratmaq, əsarəti, hökmranlığı açıq savaşsız qazanmaqdan ibarətdir.   

Fitnə də eynən belədir. Dağıtmaq gücünü sınaqdan keçirməzdən öncə, millətlər, xalqlar arasında qorxunu inşa etməyə və məqsədə daha asan yolla çatmağa  hesablanır...     

Moskvada ermənistanlı və azərbaycanlı gənclər arasındakı davanın şiddəti, çılğın hərəkətlər haqda təfsilatlı bir şey bilmirik.  

Bildiyimiz bir şey var ki, səfir Polad Bülbüloğlu Rusiyanın rəsmi çevrələrinə müraciət ünvanlayıbsa, bu, hər iki tərəfdən 5-10 emosional, dəliqanlı, təəssübkeş gəncin küçənin ortasında toqquşmasından daha  ciddi məsələdir. 

Yəni ortada idarəolunan bir fitnə var və bu fitnə klassik üsulda yeni nəslin ruhunu düşmənçiliyin qalıcı olmasına, nifrət estafetinə  hazırlayır. 

Başqa sözlə, Ermənistan-Azərbaycan arasındakı bəlalar finala çatmaq əvəzinə, bütün hüsumət əvvələ qaytarılır. 
    

Əks halda ATƏT-in Minsk Qrupunun üzvü olan ölkə öz ərazisində pozucu elementlərin qarşısını almağa, qondarma bayraq məsələsinə ciddi önəm verməli idi.   

Dünənə kimi, ümumi düşüncə bundan ibarət idi ki, atəş təkcə cəbhə bölgəsində açılır; Ermənistan-Azərbaycan arasında savaşı siyasi və hərbi elitalar aparır. Sadə, günahsız vətəndaşsa bu ədalətsiz davada yoxdur, əksinə hərb ideologiyasına nifrət, azərbaycanlılara gizli rəğbət, onlarla birlikdə yaşamağa canatma var; Dünyanın harasına gedirsən- get, hər iki xalqın siyasətə qarışmayan hissəsi aradakı düşmənçiliyi  bir-birinə çarpıcı şəkildə hiss etdirməz. 

Amma söhbət hansı nəsildən gedir? 

Azərbaycanı tanımış, görmüş, burada yaşamış  nəsil, ya axirətdədir, ya da müxtəlif coğrafiyalara miqrasiya edib. 

Onlar yerində durardı, Dağlıq Qarabağın qondarma bayrağını Moskvanın küçələrində  görməklə qürurlanardı, çöldə, bayırda əl-qol atardı-bu, heç inandırıcı deyil. Çünki siyasətin alt qatı, siyasi oyunlar dünyagörmüş insan təfəkkürü üçün gizli qalmır. 

Şüuru, qəlbi fitnə ilə əsir alınan insanların  da əksəriyyəti məzara girib və Ermənistanın davasına inanan, bu mücadiləni  aparacaq insanlar demək olar ki, həyatda qalmayıb. 

Yalnız intiqam haqqına sahib ölkənin gəncliyi vətənsevər, mübariz ruhda yetişə bilər ki, bu haqq Azərbaycanın yeni nəslinindir.

Düşmən gəncliyi isə işğalçı tərəfi təmsil etdiyi üçün  mücadiləni siyasi elitanın və generalların öhdəsinə buraxır, özlərini beşgünlük dünyanın başgicəlləndirən əyləncələrindən məhrum saxlamır. 

Yəni, əgər meşşan gənclik vətən davakarı kimi də özünü orda-burda göstərə bilirsə, onlar təbliğata cəlb edilmiş bəlli bir dəstədən ibarətdir. 

Moskvadakı olayın narahatedici tərəfi odur ki, xalqlararası fitnəni uzatmaq üçün yeni insanlar axtarılıb tapılır,  klassik fitnə sınağı meşşan təbiətli, eyni zamanda, ictimai həyata atılmış aktiv gənclər üzərində həyata keçirilir.  
    

Azərbaycanla yaxın əlaqələri, munis xatirələri  olmayan Ermənistanın yeni, qeyri-kamil nəsli küçə və meydanlarda başqasının ərazisi hüdudlarında dövlət yıxıb, dövlət qurmaq siyasətinin bir parçasına çoxdan alət olublar və siyasətin, oyun içinə  oyun quranların niyyətinin alt hissəsinin onlar üçün görünən vaxtı hələ çox qabaqdadır, bəlkə də belə bir zaman heç yoxdur.    
 

Məsələnin qəliz tərəfi də onunla bağlıdır ki, bir var etnik savaşda terror təşkilatı, onun siyasi və hərbi qanadı iştirak edir, bir də var, xalqın siravi təmsilçiləri də bu savaşa təhrik edilir.  

Moskvadakı olay müharibənin bitməyəcəyinə bir işarədir. Aqressiya azalmaq yerinə, artırsa, xalq diplomatiyası da aciz duruma düşür.      

2016-cı ildə Bakıda Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ arasında sülh platformasına dair bəyannamədə əsas ağırlığın xalq diplomatiyasının üzərinə qoyulması, ümumiyyətlə, illərdir, bu fərsiz diplomatiyanın ətəyindən yapışmaq sadə və ziyalı ermənilərin qonşuya münasibətdə məsum olmasına inamdan irəli gəlib. Rusiyadakı hadisə gözlərdəki pərdəni qaldırır, azğın vətəndaşla xalq  diplomatiyasının iflic olmağa məhkumluğunu  bəlli edir...    
  

Görünür ki, iki xalq arasındakı bəlli şeytanın hiyləsi boldur,  şər şəbəkəsinin fitnə çarxı  Azərbaycanın geo-siyasi təmayülündə istədiyi sonluğu almayınca, işləyəcək. Dağlıq Qarabağ bütün nəsillərin hüzur gətirməyən mirasına çevriləcək.