Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Kişi qarşısında göz yaşı tökməyəcəm”- Ayan

Tarix: 09-09-2014 23:42   
“Kişi qarşısında göz yaşı tökməyəcəm”- Ayan
Şıltaq, pozitiv olduğu qədər də duyğusal Ayan Babakişiyeva... Müğənninin istəyi ilə görüş yerimizi Nardarana, dəniz kənarına təyin etdik. Ayan deyir ki, bu sadə məkana tez-tez gəlir və balıqçılarla dərdini bölüşür. Çünki bu insanlar onu dinləyir, tövsiyələrini verir, qayğısına qalırlar...


“Ana olandan sonra bura ilk dəfə sizinlə gəldim. Amma dostlar həmin dostlardır. Özümə qarşı eyni hörməti gördüm”.

“Qafqazinfo” axşam.az-a istinadən müğənni Ayan Babakişiyevanın müsahibəsini təqdim edir.

- Daha çox hansı hal səni bu sahilə atır?

- Kefim çox pis olanda, hər şeydən bezəndə, ağlamaq istəyəndə bura gəlirəm. Həyatdan şikayət edirəm, qışqırıram. Balıqçılar isə sakitcə məni dinləyirlər. Elə bu gün də bağa gedərkən yolda maşını saxlayıb düşdüm, dəniz qırağında bir az stress atdım.

- Dənizlə ən çox nə haqda dərdləşirsən?

- Onu bir dəniz bilir, bir də mən.

- Niyə insanlar yox, dəniz?

- Anam deyir ki, dəniz canlıdır: orada balıqlar yaşayır, yosunlar bitir... Dəniz dalğalanır, demək, o da nəfəs alır. O nə sirrimi kiməsə deyə bilir, nə də mənə pislik edir.

- Payıza az qalır, heç heyfsilənirsənmi ki, soyuq hava bu sahilə gəlməyinə mane olacaq?

- Heç kim mənə gülməsin, bura qışda da gəlmişəm. Balıqçılarla dərdləşirəm. Mənə gözəl məsləhətlər verirlər. Bütün dərdimi onlara danışıram. Mənə sözləri bu olur: bəlkə, sən hardasa səhv etdin? Görürəm ki, insanlar bəzi məqamlarda mənim də səhvə yol verdiyimi düşünürlər.

- Bəs, Ayan harda səhv etdi?

- Mənim kimi gənc insanlar səhv edə bilər. Amma yaşı böyük, dünyagörmüş, həyatı dərk etmiş insan səhv edə bilməz…

- Dəniz Ayana acı, yoxşa şirin xatirələr bəxş edir?

- Acı xatirələrim yoxdur. Həyatımda qızım - Selenam var. Bundan sonra da acı xatirələrimin olmasını arzulamıram. Aygün Bəylərin bəstələdiyi "Dəniz" adlı mahnım var: "Dalğalar dinlənir, dəniz çağlayır. Çox uzaq sahildə bir qız ağlayır" (zümzümə edir). Həmişə dəniz kənarına gələndə o mahnı yadıma düşür (gözləri dolur).

- O mahnıda özünü tapırsan?

- Əvvəl oxuyanda özüm idim. İndi özüm deyiləm. O bəstə mənlik deyil. Orda təkcə ifam qaldı.

Bu anda balıqçı dostları Ayanla tanışlıqlarını xatırlayırlar: Qış ayları idi. Cipdə bir qız gəldi. Gecə vaxtı Nardarana gəlmək hər qızın işi deyil. Ayan tək gəlib dənizin kənarında dayandı. Dedi ki, stolu bura gətirin, mənə çay verin. Hamımızı başına yığdı. Halal olsun onun kimi ürəkli qıza.

- Ən çox özünə hansı sualı verirsən?

- Axı, niyə?...

- Cavab tapmısan?

- Tapdığım cavaba da “niyə” sualını verirəm...

- Xəyallarında haradasan?

- Xəyalpərəstəm. Gecə uzananda tavana baxıb xəyallar qururam. Orada xoşbəxtliyin içində oluram. Qəfildən ayılıram ki, yenə eyni haldayam.

- Çətin günlərin öhdəsindən necə gəldin?

- Anamın, qardaşımın, bir də balaca Selenamın köməkliyi ilə (gözləri dolur). Mən pis an yaşamadım. Çünki həmin ərəfədə ana olmağa hazırlaşırdım. Günlərimi sayırdım ki, qızım doğulacaq. O doğuldu və həyatım 180 dərəcə dəyişdi. Heç bir insan problemlə qarşılaşanda onu faciəyə çevirməməlidir.

- Ana olduqdan sonra belə kövrəkləşdin?

- Heç vaxt kövrək olmamışam, heç kimin qarşısında ağlamamışam. Özümə söz vermişəm ki, heç vaxt kişi qarşısında göz yaşı tökməyəcəm. Çünki onsuz da, o məni başa düşməyəcək. Qadın yanında ağlayaram, o məni anlayar. Selenadan sonra hər şey dəyişib. Həyata baxışım fərqlidir. Əvvəl "olmaz" dediklərimi indi etdim. Bu həyatda əbədi deyilik. Ona görə də, nəyisə Allahdan həmişəlik istəyə bilmərik.

- Hər qadın qayğıya, sevgiyə, nəvazişə möhtacdır. Ayan bu gün onun həsrətini çəkmir?

- Övlad, ana olmaq hissi başqadır. Gözüm ondan başqasını görmür. Bu həyatda onun üçün mübarizə aparmalıyam. Onun bir gülüşü dünyanın hər nemətinə dəyər. Mən ona nəvaziş göstərirəm. Onu böyüdüb, boya-başa çatdırıb, sonra tələb edəcəm ki, indi sən mənə nəvaziş göstər. Hələ ki, o boşluğu hiss etmirəm.

- Ən çox nədən sıxılırsan?

- Əvvəl xarici səfərlərdə tez-tez olurdum. Ana olduqdan sonra heç yerə getmirəm. Eyni həyat tərzi sürürəm. Ev, işim... Bu da məni sıxır. Bu ayın 13-də qardaşımla birlikdə Barselonaya gedəcəm. Getmək istəmirəm, amma məcburam. Beyin bir az dincəlməlidir.

- Əvvəl qayğın da az idi...

- Ümumiyyətlə, yox idi. İndi Selena sağ olsun. Ona görə alış-verişə də çıxıram. Ən sevdiyim şey də Selenaya paltar almaqdır. İstəyirəm onun üçün bütün mağazanı alım. Amma heyfsilənirəm ki, tez böyüyür, çatdırıb geyindirə bilmirəm.

- Bu hadisələrdən sonra Ayan neçə yaş böyüdü?

- 52... Elə bildim ki, 52 yaşım var. Ayıldım ki, 25 yaşındayam. Kim məndən inciyir, incisin. Bu sənət çox nankordur. Əziyyət çəkirsən və birdən ayılırsan ki, hədər gedib.

- Əgər ikinci dəfə şans olsa, yenidən ailə qurarsan?

- Zaman hər şeyin dərmanıdır. Onu gələcək göstərəcək. Mən qətiyyən “yox, olmaz” demirəm. Həyatdan çox şey istədim, alınmadı. Qismətdə hər şey ola bilər.

- Sevgi öləndə insanda nifrət hissi oyanır...

- Heç vaxt kiməsə nifrət etməmişəm. İçimdə paxıllıq olmayıb. Dərk etmişəm ki, paxıl olsam da-olmasam da, qismətimdən artığını görməyəcəm.

- Ayanın həyatında nə qədər “kaş ki”lər oldu?

- Çox... Deyirəm bir də etməyəcəm, amma yenə edirəm. Dostlarımın sayını azaltdım, gördüm düşmənim də azaldı. İllərdir danışmadığım insanlar mənə zəng etdi. Həyatım çox qəribə formada dəyişdi. Baxıram arxamdan daş atırlar, dönürəm ki, dostumdur, incidir məni. Arxamca lazım olmayan sözlər deyirmişlər. Statusumu korlayan sözlər danışırmışlar. Elçin İmanov, Xanım İsmayılqızı kimi dostlar sağ olsun, hər zaman yanımda oldular. Onların köməyini unuda bilmərəm.

- Bağ evin var. Amma heç vaxt orada qalmırsan...

- (gözləri yol çəkir) Sevmirəm orada yaşamağı. Xırda təmir işləri qalıb. Ya hər şey gözəl olmalıdır, ya da yox.

- Ayan dəbdəbə düşkünüdür?

- İnsan rahatlığa tez alışır. Mən də insanam...

- Müğənilikdən başqa biznesin var?

- Bir dəfə kiçik biznesim olub. Amma yorucu idi. İndi yeni biznes quracam. Qardaşımla birlikdə edəcəyik. Biznesdə uğurluyam. Ümumiyyətlə, həyatda bəxtigətirən biriyəm.