Nüşabə Ələsgərli polisə çağırıldı - Foto
Tarix: 26-08-2019 16:38
Müğənni Nüşabə Ələsgərli polisə çağırılıb. Həmkarı Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında Nəsimi rayonu Polis İdarəsinə dəvət olunan Ələsgərli izahatı alındıqdan sonra sərbəst buraxılıb.
GUNpress.az-ın məlumatına görə bu barədə M.Ağayevin qızı Səməyanin keçmiş həyat yoldaşı Taleh Hüseynov "Baku.ws"ə açıqlamasında bildirib.
O deyib ki, boşanmağa qərar verdikdən sonra Manaf Ağayevin göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qalıb:
"Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim "başıma oyun açacağı" və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı. Qadın konkret olaraq Manafın tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir".
Xatırladaq ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan ayrılıb. 21 avqustda Taleh Hüseynov keçmiş xanımı ilə Apelyasiya Məhkəməsində üz-üzə gəliblər. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyrinə qərar çıxarıb.
İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini, onun psixi pozğunluğu olduğunu və Səmayənin səhhətində problemlər üzündən övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyir.
Qeyd edək ki, Taleh M.Ağayevin qızının ikinci həyat yoldaşı olub. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəni Orxanın narkotik maddə aludəçisi olduğunu bildirmişdi.
Seçilmişlər
Ən çox oxunanlar