“O, kimisə döysə, əlini kəsərəm” – Müğənninin ərindən açıqlama
Tarix: 22-05-2019 17:51
Müğənni Zenfira İbrahimovanın idmançı həyat yoldaşı Anar Heydərov ifaçının mağazada qızı döyməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Musavat.com-a açıqlama verən Heydərov deyib ki, elə bir hadisə baş verməyib: “Mən o mağazaya illərdir ki, gedirəm. Orada işləyən qardaşlarımdır, paltarlarımı tikirlər. Dostluğumuz var. Amma Zenfiranın orada kiməsə hücum etməsi yalan söhbətdir. Biz bir-iki ilin ailəsi deyilik. 15 yaşlı qızım var. Zenfira kiməsə əl qaldırsa, əlini kəsərəm. Zema elə qadın deyil. Verilişdə zarafatla, gülə-gülə dedi ki, Anara mesaj yazanların əlini qıraram. Bu, zarafat idi. Bütün saytlar yazdı. Dəli oldum. Əsəbiyəm, belə şeyləri götürmürəm”.
Qeyd edək ki, musavat.com-a daxil olan məlumata görə, ifaçının idmançı həyat yoldaşı Anar Heydərov idman zalında tanış olduğu Lamiyə adlı xanıma qırmızı rəngdə avtomobil hədiyyə edib.
Məsələdən xəbər tutan Zenfira isə mağazaya gedərək, qızı döyüb və avtomobili əlindən alıb.
Seçilmişlər
Ən çox oxunanlar