Ombudsman yeni əfv anonsu verdi
Tarix: 08-12-2014 12:45
“Yeni ildə əfv fərmanının olması gözləniləndir”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.
Onun sözlərinə görə bu barədə danışanda qərəz yaranır: “Vaxtilə mən Əfv Komissiyasının üzvü olmuşam, amma əfv fərmanı barədə danışmaq Ombudsman üçün icazəli deyil. Mən çətinlik çəkirəm deyim ki, əfv fərmanı olacaq, ya yox. Amma əfv fərmanın olması gözlənilir".
Seçilmişlər
Ən çox oxunanlar