Ermənistan üçtərəfli bəyanatı pozdu: “Ruslardan öz vəzifəsini yerinə yetirməyi tələb etməliyik”
Tarix: 26-05-2021 15:04
Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan tərəfi Kəlbəcər və Gədəbəy rayonları istiqamətində atəşkəsi pozub. Eyni zamanda, Şuşa ətrafındakı postlarımıza qarşı təxribat törədiblər.
Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a açıqlamasında 10 noyabr 2020-ci il tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı şərh edib.
“Bu hadisələrə görə Rusiya kənara çəkildiyini bildirsə, Azərbaycanın özü bu barədə tədbir görməlidir. Yox, əgər Rusiya ermənilərə xəbərdarlıq etdiyini və onların da təxribat törətməməklə bağlı söz verdiyini deyirsə, o zaman biz gözləməliyik ki, ermənilərin ağılları başına gəlsin.
Azərbaycan hazırda elə vəziyyətdədir ki, münaqişənin qızışdırmaq və gərginliyi artırmaq bizim xeyrimizə deyil. Ermənilər müharibədə məğlub olublar deyə onlar özlərini dünyaya qurban kimi göstərməyə çalışırlar. Dünyaya bizdən şikayət edirlər.
Biz təmkin nümayiş etdirməliyik. Heç vaxt unutmayaq ki, biz müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etmişik. Bizə gərginlik lazım deyil. Ruslardan tələb etməliyik ki, öz funksiyalarını və vəzifələrini yerinə yetirsinlər”.
Seçilmişlər
Ən çox oxunanlar