Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Ukraynanın İƏT və Türk şurasına üzv olmaqda məqsədi – Açıqlama

Tarix: 23-03-2021 16:35   
Ukraynanın İƏT və Türk şurasına üzv olmaqda məqsədi
Ukrayna bu yaxınlarda müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələri genişləndirmək üçün İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu almaqla bağlı sorğusunu yeniləyib. Ukrayna, eyni zamanda, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı birləşdirən Türk Şurasında müşahidəçi statusu almağa çalışır. Ukrayna niyə İƏT və Türk Şurasına qoşulmağa çalışır? Bu təşkilatların işində müşahidəçi statusu ilə iştirak Ukraynaya hansı perspektivlər vəd edir?

Mövzuyla bağlı açıqlama verən jurnalist-politoloq Anar Həsənov Bakivaxti.az-a bildirdi ki, dünya təcrübəsində milli əsaslarla yaradılan siyasi, iqtisadi platformalara, ələlxüsus siyasi platformalara həmin millətdən böyük çoxluğu olmayan dövlətlər də qoşula bilər. Bu baxımdan, yerli xalqı həm də Krım tatarları hesab olunan Ukrayna türkdilli dövlətlərin əməkdaşlıq platformasına üzv olmaq istəyində tam haqlıdır. Ukraynanın xarici siyasətində Donbas və Krımı qaytarmaq əsas məsələ olaraq qalır. Bu ölkənin Türk Şurasına meyil göstərməsinin əsas səbəbi də məhz budur. Mən düşünürəm ki, bununla Ukrayna müəyyən beynəlxalq meydançalarda bu dövlətlərin dəstəyini almağa çalışacaq. Buna həm təbii haqqı, həm də siyasi əsasları var. Düşünmürəm ki, Rusiya Federasiyasının sərhədləri daxilində olan türkdilli respublikalar Ukrayna-Rusiya münasibətlərində tərəf olsunlar, onlar bir qayda olaraq bitərəfliklərini qoruyurlar. Çünki Rusiyanın özü də Türk-Slavyan sivilizasiyalarının birgə qurduğu dövlətdir. Onu da düşünmürəm ki, müstəqil türkdilli dövlətlər - Qazaxıstan, Azərbaycan, Türkmənistan, hətta Moldova belə anti-Rusiya addımı atsın. Ona görə Ukrayna bu cür platformalar vasitəsilə bu dövlətlərlə münasibətlərini yaxınlaşdırmağa cəhd edir.

O ki qaldı, Ukraynanın İslam Əməkdaşlıq Konfransına qoşulmaq istəyinə, bilirik ki, Krım tatarlarının özünəməxsusluğunun iki vacib əsası var –Türkçülük və İslam dini. Rəsmi Kiyev də Ukrayna-Rusiya münasibətləri konteksində beynəlxalq meydanlarda məhz bu aspekti vurğulayır. Başqa sözlə desək, Ukraynanın məqsədi Krım tatarlarının problemlərini həm də bir müsəlman ölkəsi olaraq qaldırmaqla Rusiyaya qarşı İslam dövlətlərindən dəstək almaqdır. Unutmayaq ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər arasında Amerikanın müttəfiqi olan dövlətlər var. Sizə Körfəz müharibəsini xatırladaraq bildirmək istəyirəm ki, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Amerikanın müttəfiqləridir. Düşünürəm ki, Amerika və bu əməkdaşlıqda sözü keçən ərəb dövlətləri Ukraynaya Krım tatarları, Krım müsəlmanları probleminin həllində dəstək verə bilər. Gəlin unutmayaq ki, bir neçə il bundan qabaq neftlə bağlı böhran olanda Rusiya ilə ərəb dövlətləri arasında müəyyən narazılıqlar, müəyyən anlaşılmazlıqlar var idi. Ona görə OPEK səviyyəsində mərhələli görüşlər təşkil olunur, bəzən də danışıqlar nəticəsiz qalırdı. Bu amil, bu problem var və Ukrayna da mövcud olan vəziyyətdən yararlanmağa çalışır. Burada söhbət Ukraynanın müsəlman sevgisindən getmir. Məqsəd müsəlman amilindən qeyri-dost münasibətlərində olan Rusiyaya qarşı istifadə etməkdir.