"Sanki ölülərdən də intiqam almaq istəyiblər” - Hikmət Hacıyev
Tarix: 23-02-2021 14:22
“Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər”.
GÜNpress.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, - o bildirib.
Seçilmişlər
Ən çox oxunanlar