Qənirə Paşayeva Vüsal Hətəmovla görüşdü
Tarix: 07-02-2021 11:28
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Nəsimi əlyazmalarının tədqiqatçısı, Vətən Müharibəsinin qazisi Vüsal Hətəmovu Mədəniyyət Komitəsində qəbul edib, onu tarixi zəfər münasibəti ilə təbrik edib, elmi-mədəni yaradıcılığı ilə maraqlanıb.
“Siz, Vətən Müharibəsində mərdliklə döyüşmüsüz yeni nəsil ziyalılarımızdansız. Sizi işğalçı düşmən üzərində qələbə münasibətilə təbrik edir, yeni uğurlar arzulayıram! Biz bilirik ki Siz General-mayor Polad Həşimovun şəhid olduğunu eşidincə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə idarəyə gedərək, könüllü olaraq Orduya yazılmısız və nəhayət sentyabrda bu istəyiniz nəzərə alınıb. Vətən Müharibəsində zabit olaraq iştirak etmiş, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa istiqamətlərində döyüşmüsüz.
Sıralarında döyüşdüyünüz Ordumuzun rəşadəti sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Siz Nəsimki əlyazmalarının tədqiqatçısısız, 2019-cu il – “Nəsimi İli”ndə “Nəsiminin şeirləri nə deyir?” adlı kitabınız günü üzü görüb. Artıq elm fəaliyyətinizi davam etdirirsiz, AMEA Şərqşünaslıq İnstitutunun dissertantısız. Kazan şəhərində qısamüddətli elmi ezamiyyətdə olarkən ölkəmiz üçün qiymətli əlyazmalar aşkarladığınızı bilirik. Ümidvaram, əlaqədar qurum-quruluşlarla əməkdaşlıq ortamında bu istiqamətdə də tədqiqatlarınızı davam etdirəcəksiz.
Siə elmi fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Xahiş edirəm, mənim və Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailə üzvlərinizə, doğmalarınıza çatdırasız”.
V.Hətəmova Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edilib.
V.Hətəmov səmimi qəbul və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.
Seçilmişlər
Ən çox oxunanlar