Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Tibbi virus, siyasi virus və inamsızlıq - Millət vəkili Razi Nurullayev yazır

Tarix: 29-06-2020 14:57   
Tibbi virus, siyasi virus və inamsızlıq - Millət vəkili
Vətəndaşlara və hüquqi şəxslərə tətbiq olunan cərimələrin artırılması yoluxmanın qarşısını almaqda əsas vasitə ola bilməyəcək. Vətəndaş inzibati yolla qaydalara əməl etməyə məcbur edildikcə, müxtəlif üsullarla yenə də maska taxmaqla bağlı manipulyasiya edəcək. İnamsız vətəndaş müxtəlif vasitələrlə maska taxmağı “siçan-pişik” oyununa çevirəcək və nəticədə daha ağrılı proses başlayacaq. Əslində, cərimələrin və həbslərin həyata keçirilməsinin tətbiq edilməsi az faydalıdır. Bu eyni zamanda yoluxma sayının artması yox, həm də siyasi vəziyyətin gəginləşməsini sürətləndirə bilər.

Bu barədə ardıcıllıqla alt başlıqlarda izahlar veməyə çalışacam.

İlk növbədə “niyə insanlar maska taxmaq istəmir?” sualına cavab tapmaq gərəkdir. Məgər vətəndaşlar öz canlarının, öz qohumlarının və yaxınlarının düşmənidir? Xeyr! Yadımıza salaq ki, əgər məktəb sinfində qrip tutan uşaq var idisə, övladlarımızı məktəbə buraxmırdıq. Qrip tutan, asqıran və öskürən adam görən kimi qaçıb uzaqlaşırdıq. Bir nəfər tanıyıram, illər öncə telefonla danışırdıq və bildi ki, qrip tutmuşam, tez sağollaşdı ki, ona telefondan da keçər. Elə mənim özüm də beləyəm, qrip adamın səsindən belə yoluxmaqdan qorxuram və telefon danışığımı belə tez kəsirəm. Vərəm tutan, malyariya tutan adamın yanına bir nəfəri Kalaşnikov lüləsinin qabağında belə sala bilməzdik. Bunlarn şahidi kimi danışıram.
Bəs indi bu millətə nə oldu? Dünya, Ümumdünya Səhiyyə Təşkilatı, televiziyalar, qəzetlər və internet resurslar gecə-gündüz bağırır ki, özünüzü qoruyun, ölümcül virus yayılır, ciddiyə alan yoxdur. Demək məsələ xalqımızda, vətəndaşlarımızda deyil, problem inamsızlıqdadır. Sadəcə vətəndaşlar bu xəstəliyin də adi qrip olduğunu, həm də siyasi məqsədlərə qulluq etdiyini düşünürlər.

İNANMIRLAR, VƏSSALAM!


Bəs niyə inanmırlar? - İnamsızlıq

Çünki anti-təbliğat, maarifləndirmə və məlumatlandırma təbliğatından daha güclüdür və daha məntiqli görünür. Elə bir neçə gün bundan əvvəl Amerikanın Palm Beach şəhər rəhbərlyinin maskaların taxılmasını məcburu edən qanun layihəsini müzakirə edərkən bir qadının maskaların taxılmasına etiraz etməsinə bütün dünya baxıb. CNN daxil dünyanın bütün media nəhəngləri qadının çıxışını yayımlayıb və artıq bizimkilər də tərcümə edib gecə-gündüz paylaşmaqdadırlar. Qadın deyir ki, koronavirus bir oyundur, Bill Qeyts və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun həbsini tələb edir, qərarı dəstəkləyən həkimin tezliklə həbs olunacağı anonsunu verir, siyəsətçiləri və 5G-ni dəstəkləyən biznesmenləri şeytana qulluq etməkdə ittiham edir. Bu çıxış bütün dünyanı dəfələrlə dolaşır. Çünki, həmin media qurumlarının da rəhbərləri, bir çox savadlı və savadsız insanlar da qəlbində şübhə gəzdirir.
Amerikalı bir həkimin koronavirusla bağlı anti-təbliğat açıqlaması telefonuma ən azı beş dəfə göndərilib. Bilmək lazımdır ki, bu tip videolar hər gün vətəndaşların telefonlarına göndərilir və məhz elə bunun da nəticəsində inamsızlıq dərinləşməkdədir.
Səbəb isə elə ilk gündən koronavirusun Çin dövləti tərəfindən gizlədilməsinin bir sirr pərdəsi ilə örtülməsi versiyasının irəli sürülməsi, Çin dövlətinin bunu təkzib etməsi, arxasınca ABŞ Prezidenti Donald Trampın koronavirusa skeptik yanaşması, Belarus prezidenti Aleksandr Lukaşenkonun koronavirusun böyük güclərin əlində oyun olduğunu bəyan etməsi, Braziliya prezidenti Jair Bolsonaro-nun təhlükəni ciddiyə almaması, Braziliyada bir xəstəxananın “5000 yoluxmuş xəstəm var” deməsinə rəğmən deputatların ora basqını və nəticədə xəstəxananın boş olması və onlarla buna bənzər faktlar vətəndaşlaırmızın inamını sarsıdıb. Buna görə insanları günahlandırmaq yox, onların inamını bərpa etmək üçün zəruri addımların atılmasına ehtiyac var. Yazının sonunda təkliflərim də yer alacaq.
Hazırda anti-təbliğat təbliğatı dəfələrlə üstələyir və biz hələ effektiv təbliğat formalarını müəyyən edə bilməmişik. Əvvəlcədən qeyd etməliyəm ki, hazırkı təbliğat və çağırışlar vətəndaşlara qıcıqlandırıcı görünür və onlar o materialları oxumaq belə istəmirlər. Çünki aşağı-yuxarı bütün təbliğat materilları eyni məzmunlu və eyni tezislər üzrə çağırışlardır.

Cərimələr və həbslər maska taxanların sayını çoxaldacaqmı?

Birmənalı olaraq, cərimələr və həbs olunma ehtimalı maska taxanların sayını dəfələrlə çoxaldacaq, amma faydası az olacaq. Yuxarıda qeyd etdiyim kimi, inamsız vətəndaşlar müxtəlif vasitələrlə maska taxmağı “siçan-pişik” oyununa çevirəcəklər. Məsələnin izahını bir neçə nümunə üzərində qurmaq istəyirəm.
Birincisi, 30 qəpiklik maskalar iki saatlıq müddət üçündür. Amma vətəndaşlar onu həftələrlə taxır. Vətəndaşlar arasında kiçik bir müşahidə apardım və gördüm ki, bir çoxları görüntü üçün taxır, sonra çıxarıb cibinə qoyur və təzədən lazım olanda yenə taxır. Həftələrdir ki, bu cür istifadə olunan maskalar öz virus yayıcısıdır. İkincisi, şəhərlərarası, qəsəbələrarası marşrutlarda maskalar polis postlarına çatanda taxılır. Ümumiyyətlə, xeyli vətəndaş maskanı ancaq tələb olunduğu üçün taxır, qorunmaq üçün yox. Bunun üçün də eyni maskanı aylarla taxması da mümkündür.
Bizə nə lazımdır? Bizə vətəndaşların könüllü olaraq, özlərini, yaxınlarını qorumaq üçün maska taxmaları vacibdir. Bir də özümüzü aldatmayaq. Bir maska 30 qəpikdir, heç bir vətəndaş iki saatdan bir maska alıb dəyişməyəcək və ya bir gündə maskaya 2-3 manat da pul xərcləməyəcək. Bu real deyil. Maskalar pulsuz paylanarsa, bu mümkün olar. Əks halda, bir maska həftələrlə yuyulmadan, təmizlənmədən cibləri dolaşacaq və virusları evdən-evə daşıyacaq.

Hazırda ən təhlükəli məqamlardan biri iki saatlıq maskanın həftələrlə istifadə olunmasıdır. Digər təhlükəli məqam isə radikal qüvvələrin pandemiyaya bir fürsət v siyasi imkan kimi yanaşmasıdır.

İnqilab etmək istəyənlər

Etiraf etmək lazımdır ki, ölkədə narazılıq var. Virusa qədər də vətəndaşların sosial vəziyyəti yaxşı deyildi. 2015-ci ildə manatın devalvasiyasından bəri insanlarımız hələ də özlərinə gəlməyib. Biz hələ 2015-ci ildə olan vəziyyətimizə heç 50 % də yaxınlaşmamışıq. Sosial həyatı çətin, dolanışığı ağır olan insanları indiki məqamda da müxtəlif qadağalar və cərimələrin tətbiqi daha da narazı salır. 2015-ci ildən bəri həmişə demişəm ki, neftin ucuzlaşmasına sevinənlər xalqımızı sevməyən insanlardır. Çünki neftin düşməsi onların adından danışdığı xalqın daha da pis yaşamasına gətirib çıxarır. Bir neçə gün öncə Prezident İlham Əliyevin də bu fikri səsləndirməsi yerinə düşdü.
Ölkədə xaos yaratmaq istəyən siyasi və xarici qüvvələr düşünürdü ki, neftin ucuzlaşması xalqın narazılığının artmasına və nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Qoy xalq pis yaşasın, acından ölsün, amma arzu etdiymiz kürsüyə qalxaq. Axı neftin ucuzlaşması heç zaman hakimiyyət dəyişikliyinə gətirib çıxarmayıb. Yeri gəlmişkən artıq ABŞ, Avropa Birliyi ölkələri də başa düşüblər ki, neftin ucuzlaşması faktoru inqilablara gətirib çıxara bilmir. Ölkədə aclıq olsa belə Venesuela prezidenti Nikolas Maduro hələ də hakimiyyətdədir. Neft üzərində qurulan planlar Rusiya prezidentini də laxlada bilmədi. Neftin düşməsinin Azərbaycan və Qazaxıstana da təsirsiz ötüşməyəcəyinə inamlar vardı. Neftin düşməsi hakimiyyət dəyişikliyinə gətirmədi, gətirməyəck də. Sadəcə, xalq daha da pis yaşayacaq, siyasi bataliyaların altında daha da əziləcək.
İndi də gözlər koronavirusa dikilib. Radikal siyasi qüvvələr cərimələrin artırılmasında, koronavirusun davam etməsində və vəziyyətin daha da ağırlaşmasında maraqlıdır. Bunu çılpaq gözlə hər yerdə, hər məqamda və hər çıxışlarında görmək mümkündür. İnqilab arzusuyla yananlar yenə iş başındadır və xalqın daha da narazı olmasını və ayaqlanmasını istəyir.
Belə bir vəziyyətdə, nə daxili, nə də xarici qüvvələrə xalqın narazılığı üzərində hakimiyyət oyunları qurmağa imkan vermək olmaz. Mən də aparıcı müxalifət təmsilçilərindən biri olaraq dəyişikliklərin lehinəyəm, amma nə qədər keşməkeşli və ağır olsa da dəyişikliyin qanunlar çərçivəsində olmasını istəyirəm. Çünki, inqilabların əzab, iztirab və dağıntılar gətirəcəyini bilirəm. Müasir dövrümüzün qanlı-qadalı inqilablarından heç hansı xalqları xöşbəxt etməyib.

Nələr edə bilərik?

Həm vətəndaş, həm təşkilat, həm də dövlət olaraq çox şeylər edə bilərik. Açıqlaya biləcəyim bəzi məsələləri burada yazıram.

Operativ Qərargah və TƏBİB

Karantinin ilk günlərində Nazirlər Kabineti yanında Operativ Qərargah gözəl işlədi və əhali çox maraqla onları izlədi və dediklərinə də əməl etməyə başladı. Amma sonrakı mərhələdə sözü gedən qurum statistika ilə məşğul oldu və vətəndaşlara qorxunc hekayələr danışmağa başladı. Biz uşaq olanda valideynlərimiz bizi “xoxan”la qorxudurdu. Vətəndaşlar tanıdıqları ekspertlərin, inandıqları həkimlərin və hökumət adamlarının dilindən yox, savadlarına, gözəl təhsillərinə, bacarıqlarına şübhəmiz olmayan, amma insanların tanımadıqları şəxslər tərəfindən məlumatları eşitməyə başladılar və sonunda lağlağı obyektinə çevirdilər. Vətəndaşlar məlumatları başqa mənbələrdən axtarmağa başlayanda, köməklərinə telefonlarına göndərilən anti-təbliğat materialları gəldi və onlar da ona inandılar.
TƏBİB yeni yaranmış qurumdur və onun yaradılmasını alqışlayanlardan olmuşam. Amma, bu gün artıq əvvəlki fikrimdə deyiləm. TƏBİB bacarmadı.
Nə qədər gec deyil, Operativ Qərargahın tərkibinə insanların tanıdıqları və qəbul etdikləri insanlar daxil edilməlidir. Tərkibin ən azı 60-70% dəyişməsinə zərurət yaranıb.


İctimai qınaq
İsveçrədə bir sürücü qaydanı pozursa, arxasınca gələn sürücü şəklini çəkir və polisə göndərir. Yəni vətəndaşlar bütün sahələrdə bir-birinə nəzarət edirlər. Onlar bunu vətəndaş nəzarəti adlandırır, bizlər isə “sukalıq”, yəni “satqınçılıq”. Amma, indi bunları düşünməyin zamanı deyil.
Normal həyatımıza dönmək istəyiriksə yoluxmanı dayandırmalıyıq. Onun üçün də maska taxmayan adam görəndə ondan nümayişkəranə şəkildə uzaqlaşaq. Artıq tətbiq edildiyi kimi maska taxmayan sərnişin olan zaman, marşrut yerindən tərpənməsin, maskasız görüşə gələnləri qəbul etməyək. Digər tərəfdən imkanı olanlar cibində təmiz maskalar gəzdirsin və olmayanlara təklif edib utandırsın. Yaşlılarını, yaxınlarını cəhalət üzündən qoruya bilməyənləri də lap adbaad ictimai qınağa məruz qoymaq olar.
İctimai qınaq mütləqdir və müxtəlif innovativ yollarını da hər kəs düşünüb tətbiq edə bilər. Çarələr tükənməzdir.

Geniş müzakirələr
Hər kəsə məlum olan məşhur “Qaynana” filmində belə bir epizod var. Qaynana deyir ki, “bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır”. Ölkənin virusla mübarizəsinin Operativ Qərargah və TƏBİB-in birbaşa qərarları ilə təşkilini uğurlu variant hesab etmirəm. Prezidentin xeyir-duası və Baş nazirin iştirakı ilə ekspertlərin, dövlət adamlarının, siyasi partiyaların, həkimlərin, Parlamentin və digər insanların iştirakı ilə online konfransın keçirilməsinə və təkliflərin dinlənilməsinə ehtiyac var.
Nə qədər tez etsək, bir o qədər yaxşı!
Millət vəkili Razi Nurullayev