"Pandemiyadan sui-istifadə halları var" - Əli Orucov
Tarix: 12-06-2020 15:45
Koronavirus pandemiyası na qarşı mübarizədə vətəndaşların məsuliyyətsizliyi, bəzi hallarda inanmsızlığı var. Müxalifət olaraq, təklif və çağırışlarınız nədən ibarət ola bilər?
Bu suala cavab verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov hökumətin bu istiqamətdə apardığı işlərdə problemlərin olduğunu deyib.
"Hökümət də çalışır ki, pandemiyanın artan sürətlə yayılmasını məsuliyyətini ölkə əhalisnin üzərinə atsın. Doğrudur, məsuliyyətsiz vətəndaşlarımız var. Qaydalara və qadağalara əməl etmiyənlər də var. Lakin düşünmək lazımdır ki, vətəndaşlarımızın çoxu hökümətə niyə inanmır, onun dediklərinə qaydalarına uymaq istəmirlər. Deməli bunun bir sıra cıddı səbəbləri var. Hökmət pandemiyaya qarşı mübarizədə ardıcıl və hazır fəaliyyət proqramı yoxdur. Pərakəndəlik və bir sıra qonşu ölkələrin tətbiq etdiyi lakin o qədər də işə yaramayan tədbirlərini tətbiq etməkdədir. Dünya pandemiyadan çıxaraq qadağaları və məhdudiyyətləri götürdüyü vaxtda Azərbaycan əksinə daha da sərtləşdirir. Təkcə inzibatə və cəza tədbirləri ilə insanları evdə qapadmaq mümkün deyil.İlk növbədə insanların hündəlik zəruri ehtiyaclarını və təbatlarını ödəmək lazımdır ki, onun küçəyə çıxmağa ehtiyacı qalmasın. Ac-yalavac insanları bu yayın qızmarında evlərdə necə qapada bilərsən. Çoxunun da mənzil şəraiti bərbaddır. Təbii ki, biz də pandemiyanın Azərbacanda belə sürətlə yayılmasından ciddi narahatıq və hökümətin tədbirlərinə qoyduğu qadağalara və məhduduyyətlərə riayət edilməsinin tərəfdarıyıq. Etiraf etmək lazımdır ki, boşluqlar və səhvlər də var. Hətta siu-stifadə halları da. Ərzaq günbəgün bahalaşır, insanların dolanışıq səviyyəsi çətinləçir, kəndlə, rayonla Bakının əlaqəsi kəsildiyindən kənd təsərrüfatına ciddi ziyan dəyir. Kəndli il boyu gözlədiyi məhsulunu bazara çıxarıb sata bilmir. Amma Bakıda meyvə-tərəvəz, eləcə də digər kənd təsərrüfatə məhsulları bahalaşmaqda davam edir. Yaxud Bakı sakinlərini burda karantində saxlamaqla onu kəndə, rayona buraxmamaqla pandemiyanın daha da yaılmasına rəvac verilir. Yay mövsumunun öz tələbatı var. Bankların qarşısı, ictimai nəqliyyatda basabadır. Heç bir sosial məsfə filan saxlanılmır və s.. Bu mövzu yaxın günlərdə 10 partiyanın iştirakı ilə partiyanın müvəqqəti qərargahında yenidən müzakirəyə çıxarılacaq. Həftənin istirahət günləri onsuz da insanlarımız küçəyə baxaya çıxmağa o qədər də həvəs göstərmir. Hər həftə sonu iki gün isti havada insanları evlərdə saxlamağın izahını anlaya bilmirəm. Ev heyvanlarının küçədə gəzdirilməsinə icazə veilir, amma insanların küçəyə çıxması qadağan edilir. Yəni bu kimi absurd qərarları verməmişdən əvvəl Oprtaiv Qərargah düşünməli və təhlil etməlidir ki, özlərini də vətəndaşlarımızı da çətin duruma salmasınlar. Fürsətdən istifadə edərək mən insanlarımızı özlərinin və yaxınlarının həyat və sağlamlıqlarına diqqətli olmağa səsləyirəm. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, başqalarının da həyat və sağlamlıqlarının qorunmasinda üzərinə düşəni etsin. AMİP olarq bir neçə partiya ilə birlikdə pandemiya ilə mübarizə iə bağlı hökümətə yazılı təkliflərimizi vermişik".
Seçilmişlər
Ən çox oxunanlar