Azərbaycanın müdafiə naziri Türkiyə müdafiə nazirinin müavinini qəbul edib
Tarix: 11-12-2014 13:29
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə müdafiə nazirinin müavini Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Gunpress.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazir Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinin bölgə üçün vacibliyini vurğulayıb.
H.Yardımcı Azərbaycana səfərdən məmnun qaldığını bildirərək, qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür səfərlərin rolu və əhəmiyyətindən danışıb.
Sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Seçilmişlər
Ən çox oxunanlar