Müsavatda növbədənkənar qurultay olacaq
Tarix: 18-10-2014 13:42
Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı yeni qurultay haqda danışıb.
G.Aslanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, növbədənkənar qurultay keçirilməsi fikri qurultayda təklif olunub: “Amma hələ ki, qurultaya hazırlaşmaq tezdir. Nizamnamə və proqrama dəyişiklik üçün münasib zamanda bunu təşkil edəcəyik”.
Başqan müavini qeyd edib ki, İsa Qəmbərin keçiriləcək qurultayda yenidən partiyanın başqanlığına qayıdacağı yanlış fikirdir: “Elə bir istək yoxdur. Yalnız nizamnamə və qurultayla bağlı məsələlər müzakirə olunacaq”.
Seçilmişlər
Ən çox oxunanlar