Aslan İsmayılov Niyaməddin Orduxanlını 11 dəfə məhkəməyə verib
Tarix: 21-04-2019 10:46
BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı özünün facebook səhifəsində yaydığı məlumata görə Abşeron rayon məhkəməsində Aslan İsmayılovun xüsusi ittiham qaydasında müraciətinə növbəti dəfə baxılıb.
Orduxanlının statusunu olduğu kimi təqdim edirik:
"Dəyərli dostlar, 2016-cı ildən bu günə kimi aslan ismayılov adlı şəxs barəmdə 6 dəfə Səbail rayon məhkəməsinə 3 dəfə də Abşeron rayon məhkəməsinə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə təqsirlinib bilinib məsuliyyətə cəlb edilməsinə dair" şikayəti ərizəsi verir. Barəmdə bir dəfə də Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. 22 may 2019-cu ildə isə Azərbaycan Respiblikasının Ali Məhkməsində şikayətə baxılacaq. Gördüyünüz kimi, aslan ismayılov adlı bu şəxs 3 il ərzində 11 dəfə məhkəmə orqanlarına müraciət edib. Bəli 11 dəfə! Ancaq bu adam utanmadan internet kanalı olan Obyektiv.tv-ə çıxaraq deyir ki, "Cəmi 1 dəfə Niyaməddin Orduxanlını 2016-cı ildə məhkəməyə vermişəm və hakimdən də üzür istəyib getmişəm". Bu yaxınlarda həmin çıxışın videosunu yayacam. Bu adamın necə ağ yalan danışdığını indi hər birinizə rəsmi olaraq sübut edəcəm. İllər ərzində məhkəmələrin apardığı prosesin nəticəsi olaraq çıxarılan qərarları paylaşıram. ( Rəy bölünmündə verilən qərarları yayıram.) Özünüz baxın.
Sonuncu məhkəmə prosesi 08.04.2019-cu ildə Abşeron rayonunun hakimi Vaqif Həsənovun və məhkəmənin katibi Bəxtiyar Qəhrəmanovun rəhbərliyi ilə baxılıb. Hakim Vaqif Həsənov ədalətli olaraq aslan ismayılovun xüsusi ittiham qaydasında şikayətinin məhkəmə baxışının təyin edilməsindən və öz icraatına qəbul edilməsindən imtina edib. Nəzərinizə çatdırım ki, aslan ismayılov özünün facebook səhifəsində uzun müddətdir ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərini - ədliyyə nazirini, baş prokuroru, cənab Prezidenin köməkçilərini, partiya sədrlərini, millət vəkillərini, mətbuat orqanlarının rəhbərlərini, tanınmış QHT sədrlərini, siyasətçiləri təhqir edir, aşağlayır və onların ünvanına hər cür böhtanlar yağdırır. Həmçinin də mənim barəmdə də təhqirlər işlədir. Hətta mətuaba verdiyi açıqlamasında "Niyaməddin Orduxanlını öldürmək istəyirəm" təhdidini də edir. Bütün bunları hər kəsin gözü qarşısında edir.
Təsəvvür edin, adını "hüqüqşünas" qoyub. Eyni məzmunlu ittihamı təkrarən tarixi dəyişdirərərək eyni rayon məhkəməsinə dəfələrlə müraciət edir. Yaydığım 07 noyabr 2018-ci il tarixli Abşeron rayon məhkəməsinin hakimi Şəfiyeva Cəmilə İbrahım qızının sədrliyi ilə baxılan işin tarixini dəyişdirərək 08.04.2019-cu ildə yenidən müraciət edir. Fürsətdən istifadə edib, bu günə kimi ədalətli qərar qəbul edən Abşeron rayounun məhkəmə heyyətinə, xüsusən də hakim Vaqif Həsənov və hakim Cəmilə Şəfiyevaya qanunun aliliyini əsas tutaraq verdikləri qərara görə dərin minnətdarlığımı bildirirəm!
Seçilmişlər
Ən çox oxunanlar