Putin, Ərdoğan və Ruhani görüşdü, Ərdoğan sərt mesaj verdi: "Belə qruplarla eyni çatı altında əsla olmayacağıq" - VİDEO
Tarix: 23-11-2017 08:21
22 Noyabr 2017 [20:41]
Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğan, İran Prezidenti Ruhani və Rusiya dövlət başçısı Putin bu gün Suriyanın gələcəyini müəyyən edəcək görüş keçiriblər.
Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğan, İran Prezidenti Ruhani və Rusiya dövlət başçısı Putin bu gün Suriyanın gələcəyini müəyyən edəcək görüş keçiriblər.
Günpress.az xəbər verir ki, üçlü görüşdən əvvəl Ərdoğan İranlı həmkarı Ruhani ilə bir araya gəlib.
Daha sonra Putin görüşə qatılıb.
Mətbuat üçün açıq olan qısa görüşdə ƏrdoğanPutinlə Ruhaniyə Suriyanı IŞİD-ə təslim etmədikləri üçün təşəkkür edib:
"Bu gün kritik qərarlar alacağımızı düşünürəm. Bu üçlü zirvə Suriyada axan qanın tamamən durması acısından son dərəcə önəmlidir. Suriya məsələsində gəldiyimiz nöqtə önəmli, amma yetərli deyil. Suriya xalqının qəbul edəcəyi bir siyasi həllin gerçəkləşməsi üçün bütün maraqlı tərəflərin dəstək verməsi vacibdir. Əsas öncəliyimiz terrorist qruplaşmaların (Sözsüz ki, burada PYD/YPG və bu kimi qruplar nəzərdə tutulur - mia.az) bu danışıqlar prosesindən kənarda tutulmasıdır”.
Putin isə daimi sülhün təmin edilməsi üçün bütün tərəflərin səylərini birləşdirməsinin vacibliyini önə çəkib: "Suriyada BMT qərarına uygun olaraq etnik tərəflərin razılaşmasına nail olunmalıdır".
Putin Suriyada təhlükəsiz zonaların yaradılması və bölgədəki gərginliyin azalmasında böyük rol oynayan Ərdoğanla Ruhaniyə təşəkkür edərək, bildirib ki, indi yeni bir prosesə girirlər:
"Bu da Suriyada siyasi razılaşmanın başlamasıdır. Suriyadakı siyasi çözüm Cenevrə danışıqları çərçivəsində sona çatdırılacaq. Suriyanın gələcəyinə öz xalqı qərar verəcək".
İran prezidenti Həsən Ruhani isə deyib ki, Suriya böhranına xarici müdaxiləyə son qoyulmalıdır:
"Suriyada xarici ölkə əsgərinini varlığı ancaq və ancaq Suriya hökumətinin dəvəti ilə olsa, qəbul edilə bilər. Suriyada siyasi həll üçün zəmin var, hazırdır. Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı yaxın işbirliyində olmasından çox məmunam. Suriyada terrorizmi tamam bitirməyə ehtiyac var".
Bundan sonra görüş mətbuat üçün qapadılıb.
***
Qapalı görüşdən sonra jurnalistlərin qarşısına çıxan liderlər ortaq bəyanatlar veriblər.
Ərdoğan bir daha PKK/PYD terror qruplaşmasına diqqəti çəkərək, belə qrupların Suriya ilə bağlı danışıqlara buraxılmasına əsla razı olmayacaqlarını təkrarlayıb:
"Bizim danışıqlarda əsas şərtimiz budur. Türkiyənin PYD/YPG terror qrupları ilə bir çatı altında durması əsla mümkün deyil, bu kimi qruplarla eyni platformada yer almayacağıq".
Ərdoğan deyib ki, görüşdə bir çox məsələlər müzakirə edilib və əmindir ki, bu görüş Suriya böhranına çox kömək edəcək.
Putun isə Suriyada təhlükəsizlik zonalarının genişlənməsinin prosesə böyük fayda verəcəyini deyərək, hər üç ölkənin sülh üçün daha çox güc qoymasının vacib olduğunu vurğulayıb.
Ruhani isə Suriya böhranının həll üçün bütün qrupların danışıqlarda iştirakını vacib sayıb və o, bu üç ölkənin birgə addımlarının sülhü gətirəcəyinə inandığını bəyan edib.
Seçilmişlər
Ən çox oxunanlar