Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Jurnalist Taleh Şahsuvarlı namizəd olmaq istədiyi dairəni açıqladı

Tarix: 12-03-2015 16:23   
Jurnalist Taleh Şahsuvarlı namizəd olmaq istədiyi dairəni açıqladı
“Kampaniyaya hələ çox var. Hakim Yeni Azərbaycan Partiyası seçkilərdə hansı namizədlərlə iştirak edəcəyini açıqlamayıb. Düşünürəm ki, hakim partiyanın namizədləri açıqlanmadan və buna müvafiq olaraq Milli Məclisdə təmsil olunmaq istəyən şəxslərin öz resurslarını hesablamadan ortaya iddia qoyması tələskənlik olar”- bu sözləri Modern.az-a “Gündəlik Teleqraf” qəzetinin şef redaktoru, tanınmış siyasi icmalçı Taleh Şahsuvarlı növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyi haqqında suala cavab verərkən deyib.

Taleh Şahsuvarlı bildirib ki, parlament seçkiləri yaxınlışdıqca bütün siyasi düşərgələrdə 1975-80 ci illərdə anadan olmuş şəxslərin yeni iddiaçılar nəsli kimi formalaşdığı nəzərə çarpır və bu seqmentin aktivliyi növbəti kampaniyanın əvvəlkilərdən fərqlənməsini təmin edən həm əsas, həm də təbii sosial dinamizm amili olacaq.

“Mən də həmin yaş dövrünə aidəm və təvazökarlıqdan uzaq olsa da, deyim ki, öz potensialıma görə effektiv kampaniya apara bilərəm. Ancaq parlament seçkiləri kimi ciddi kampaniyanın uğurla sonuclanması təkcə fərdi potensialdan asılı deyil, eyni zamanda, həmin ərəfədə mövcud olacaq siyasi situasiyadan və resurların səfərbər edilməsi imkanlarından asılıdır. Odur ki qarşıdakı seçimlərdə iştirak üçün mənə etimadı olan və kampaniyanın təşkilinə dəstək verəcək dostlarımla mütləq məsləhətləşmələr aparacam”- deyə Taleh Şahsuvarlı fikrini tamamlayıb.

“Əgər seçkilərdə iştirak etmək qərarına gəlsəniz, namizədliyinizi hansı dairədən irəli sürməyi düşünürsünüz” sualına isə o belə cavab verib:

“Mənim effektiv kampaniya apara biləcəyim bir neçə dairə var. Bu dairələrdən hansında effekt daha yüksək, nəticə daha uğurlu olar kimi suallara hakim partiyanın namizədləri açıqlanandan sonra cavab tapmaq mümkündür. İndiki situasiyada özüm 121 saylı Laçın seçki dairəsindən namizəd olmağa daha çox meylliyəm. Ancaq bu hələlik bir ideyadır”.