Daha bir sayta haker hücumu; Mia.az-a qarşı təxribat
Tarix: 29-01-2015 15:11
Bir neçə gündür ki, Mia.az saytına haker hücumları olur və bu səbəbdən də saytın fəaliyyətində problemlər yaranıb.
Bu barədə məlumat verən Mia.az-ın redaktoru Zaur Əhməd bildirib ki, uzun müddətdir ki, bu cür hücumlar var, amma texniki heyət bunun qarşısını almağa müvəffəq olurdu: «Amma son bir neçə gün ərzində hücumlar daha da güclənib və müxtəlif İP-lərdən saytın yaddaşını dağıtmağa səy göstərirlər. Hazırda intensiv hücumlar var, ona görə də saytı bağlamaq məcburiyyətindəyik. Hələlik hücumun kimlər tərəfindən təşkil olduğunu müəyyənləşdirə bilmirik. Amma son günlər müxtəlif sahələr üzrə tənqidi məqalələri yaydığımızdan bu hücumların arxasında kimlərinsə dayandığına əminik. Düşünürük ki, bu, azad sözə qarşı təxribatdır. Çalışacağıq ki, qısa müddətdə fəaliyyətimizi bərpa edək».
Redaktor onu da vurğulayıb ki, son günlər digər saytlar da haker hücumana məruz qalırlar və bu problemin kökündə həlli üçün aidiyyatı orqanlar lazımi addımlar atmalıdırlar.
Seçilmişlər
Ən çox oxunanlar