Jurnalistə qarşı əxlaqsızlıq – “Hücumu nazirlik təşkil edib”
Tarix: 29-01-2015 12:11
Azərbaycanda daha bir xəbər saytı haker hücumu nəticəinə dağıdılıb və onun rəhbəri təhqir olunub.
Avtosfer.az saytı bu gecə şiddətli haker hücümüna məruz qalıb və sayt sıradan çıxarılıb. Hakkerlər saytın ana səhifəsinə portalın rəhbəri Elməddin Muradlının fotoşop olunmuş şəklini yerləşdirib və altında ləyaqətsiz ifadələrlə təhqir ediblər.
Məsələ ilə bağlı E. Muradlı açıqlama verib. Jurnalist bildirib ki, bu gecə özünü yandıran sürücü ilə bağlı “Ziya Məmmədova görə özünü yandırdı” başlığı ilə saytda xəbər yerləşdirib. Bundan sonra məlum hadisələr baş verib.
Qeyd edək ki, jurnalist ona qarşı edilən təhqirlərdə və saytının dağıdılmasında Nəqliyyat Nazirliyini ittiham edib və Facebook səhifəsində hücumu məhz bu qurumun təşkil etdiyini yazıb.
Seçilmişlər
Ən çox oxunanlar