Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Azərbaycanda “qocaların hakimiyyəti” necə dəyişdi?

Tarix: 30-07-2020 16:32   
Azərbaycanda “qocaların hakimiyyəti” necə dəyişdi?
2018-ci ildən başlayan kadr islahatları hakimiyyət komandasında əhəmiyyətli dəyişikliyə səbəb olub.

İndi yüksək vəzifələrdə yaşı 65-dən yuxarı olan məmurların sayı çox azdır. İslahatlardan əvvəl isə YAP iqtidarı “qocaların hakimiyyəti” kimi xarakterizə edilirdi. Cəmiyyət eyni şəxslərin uzun müddət yüksək vəziflərdə təmsil olunmasını artıq qəbul etmiridi. Bunun səbəbi təkcə yaş və uzun müddət vəzifədə qalmaq deyildi. Bu məmurlar artıq vəzifələrinin öhdəsindən hələ bilmir, hətta hakimiyyətə problemlər yaradırdı.

Cəmiyyətdə belə rəy yaranmışdı ki, uzun illər yüksək vəzifələrdə təmsil olunan bu məmurları yerlərindən tərpətmək mümkün olmayacaq. Amma gözləntilərin əksi baş verdi. Ölkə başçısı İlham Əliyev ortaya siyasi iradə qoyaraq komandasını update etməyə start verdi.

Yaşlı və uzun müddət vəzifədə qalan məmurlar bir-birinin ardınca gənc kadrlarla əvəzləndi. Doğrudur, buna qarşı çıxanlar da oldu. Yaşlı məmurların idarəetmədən kənarlaşdırılmasının müəyyən problemlər yaradacağı barədə mülahizələr səsləndirilməyə başlandı. Bu fikirdə olanlar hesab edirdi ki, yaşlı kadrlar gənclərə nisbətən daha təcrübəlidir. Bu baxımdan onların əvəzlənməsi doğru addım deyil.

Başqa mülahizə isə kadr dəyişikliklərinin iqtidar daxilində ziddiyyətlərin olması barədə idi. Hesab edilirdi ki, hakimiyyət monolit deyil və daxili ziddiyyətlər təhlükəli həddə çatıb. Belə davam edəcəyi təqdirdə isə iqtidarda mərkəzdənqaçma meylləri güclənə, bu isə YAP hakimiyyətinin sonunu gətirə bilər. Kadr dəyişiklikləri də bu təhlükənin qarşısını almaq üçündür. Bu mülahizə o qədər də populyar olmasa da, hər halda ictimiayyətin müəyyən kəsimi hələ də kadr dəyişikliklərini iqtidardaxili ziddiyyətlərlə əlaqələndirir.

İki il ərzində aparılan və hələ də davam edən kadr dəyişiklikləri isə hər iki mülahizənin əsassız olduğunu ortaya qoydu. Bəlli oldu ki, istər gənc kadrların təcrübəsizliyi, istərsə də iqtidardaxili ziddiyyətlər barədə deyilənlər əslində islahat kampaniyasını sabotaj etmək məqsədi güdürmüş. Bu, təkcə iqtidara yaxın şəxslərin qənaəti deyil. Müstəqil ictimai fiqurlar da ən müxtəlif üsullarla islahatların gözdən salınması planı barədə fikirlər səsləndirib.

Hazırda Nazirlər Kabinetinin demək olar ki, yarıdan çoxu yaşı 50-dən yuxarı olmayan kadrlardan ibarətdir. Mərkəzi icra hakimiyyəti orqanlarının bir çoxunda rəhbər vəziflərdə gənclərdir. Gəncləşmə siyasəti yerli icra hakimiyyəti orqanlarında da aparılır. Artıq bir neçə rayonun icra başçısı gənc kadrlarla əvəzlənib.

Onların fəaliyyətinə gəlincə, müşahidələr göstərir ki, əvvəlkilərə nisbətən yeni kadrlar vətəndaşlarla daha sıx təmas qurur. Həm müxtəlif internet platformalarında, həm də canlı formada vətəndaşları dinləyir, onları narahat edən problemlərin həlli üçün müəyyən addımlar atırlar.

Yeni kadrların əvvəlkilərdən bir fərqi də onların müxtəlif qruplaşmaları təmsil etməməsidir. Bu kifayət qədər ciddi məsələdir və idarəetmədə öz müsbət təsirlərini göstərməkdədir. Əgər əvvəllər hakimiyyət daxilində müəyyən qruplar var idisə və onlar arasındakı rəqabətin acı nəticələri ilə həm cəmiyyət, həm də hakimiyyət üzləşirdisə indi belə hallar ya mövcud deyil, ya da minimuma enib. İndi iqtidar İlham Əliyevin rəhbərliyi altında daha bütövdür.
Yenisabah.az