Baş redaktorun namizədliyi qeydə alınmadı - MSK-dan qərar
Tarix: 17-01-2020 15:33
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Z.Əzəmətin təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlər düzgün qeyd edilməyib.
Sonda məsələ səsverməyə çıxarılaraq Z.Əzəmətin namizədliyi qeydə alınmayıb və DSK-nın qərarı qüvvədə saxlanılıb/Report.
Seçilmişlər
Ən çox oxunanlar