Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

TANINMIŞ ŞAİRİN YENİ POETİK ADDIMI

Tarix: 09-08-2019 12:57   
TANINMIŞ ŞAİRİN YENİ POETİK ADDIMI
Ötən əsrin altmışıncı illərinin sonlarına yaxın çeşidli qəzet-jurnal və ədəbi almanaxlarda dərc olunan şeirləri ilə imzasını tanıdıb, 1980-ci ildə “Gənclik” nəşriyatında işıq üzü görən “Səni soraqlaram” adlı ilk şeirlər kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxan şair-publisist İsmayıl İmanzadənin bu günlərdə “Mütərcim” nəşriyyatında iki cildlik “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxmışdır.

Yeri gəlmişkən qeyd edək ki, şairin sovetlər dönəmində “Gənclik” və “Yazıçı” nəşriyyatında işıq üzü görən dörd kitabı,- o cümlədən sonrakı vaxtlada nəşr edilən əsərləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, ömrü boyu əyalətdə yaşayan şairin yaradıcılığına yüksək qiymət verilmişdir.
Müəllifin “Seçilmiş əsərləri”nin birinci cildində müxtəlif illərdə yazdığı şeir və poemaları, satik məzmunlu şeir, həcv və bədahətən deyimlərindən nümunələr yer almışdır.
Doğma ata yurdu Cəbrayıl rayonu, dünyaya göz açdığı Böyük Mərcanlı kəndi düşmənlər tərəfindən işğal olunandan sonra müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşan, son iyirmi ildən bəri fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə rəhbərlik etməklə, şəhərdə və ətraf bölgələrdə ədəbi aləmin formalaşmasında pay sahibi olan və ədəbi proseslərə fəal surətdə qoşulan şairin nəfis şəkildə oxuculara təqdim edilən bu kitabı onun yaradıcılığı haqqında geniş təəssürat yaradır.
Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Rüstəm Kamalın “Evini axtaran səsin sözü” başlıqlı ön sözü ilə təqdim edilən kitabda Vətən sevgisi, itirilmiş torpaqlarımızın timsalında Qarabağ yanğısı, əzəli-əbədi məhəbbət motivləri, günümüzün ağrı-acıları və ana təbiətin gözəllikləri ilə yoğrulmuş şeir və poemaları şairin iç dünyasının aynası hesab etmək olar.
Ədəbi ictimaiyyətin sadə-səmimi insan və istedadlı söz adamı kimi dəyər verdikləri İsmayıl İmanzadənin insanlara nəcib hisslər aşılayan kitabı ilə tanış olanlar heç şübhəsiz ki, onun növbəti addımını bir daha təqdir edəcəklər.
Xatırladaq ki, müəllifin hazırda çap prosesində olan “Seçilmiş əsərlərinin ikinci cildində povest, hekayə, səhnə əsərləri və uşaqlar üçün yazdığı şeirlər yer almışdır.
Sonda sayca iyirmi altıncı olan yeni kitabının nəşrinə görə şairi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.