Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“ŞANLI VƏTƏN, İGİD ƏSGƏR, BÖYÜK KOMANDAN” - ŞƏHİD POKOVNİK-LEYTENANT RAMİZ CƏFƏROV

Tarix: 25-04-2022 12:56   

Son əsrlərdə özünün təlatümlü günlərini, aylarını, illərini, əsrlərini yaşayan qədim Oğuz ellərinin başı dərddən-bəladan qurtulmadı. Bu süfrəsi açıq, ürəyi geniş insanların başına nə gəldisə, insanlıqları üzündən gəldi. Dədə-baba qapılarına gələn, boynunu bükən yazıq, zavallı “haylar”a (ermənilərə), torpaqlarında yer ayırdılar, yataq verdilər, qarşılarına süfrə açdılar, duz-çörək, düz-çörək kəsdilər. Amma bilmədilər ki, duz-çörəyi tapdayan bu mərə kafirlər zaman gələcək, onların nəvə-nəticələrinə qənim kəsiləcək, onları öz tarixi -dədə-baba torpaqlarından didərgin salacaqlar. Bununla da ürəkləri soyumayacaq, qədim Oğuz övladlarının canlarını qanlarına qəltan edib, qanlı köynəklərinə bükəcəklər.
Son üç əsrdə rahatlıq, dinclik bilməyən, günlərini vəsvəsə, qorxu içərisində keçirən azərbaycanlılar dəfələrlə, mənfur, iblis sifətli xainlərin-məcburən qonşu edildiyimiz “haylar”ın-ermənilərin təcavüzünə məruz qaldılar, əraziləri qəsb olundu. Havadarlarının dəstəyi sayəsində ardıcıl, silsiləli soyqırımlar aparıldı xalqımıza qarşı. Xalqımız bu “üzdən iraqların” öncədən planladığı və həyata keçirdiyi məhfur siyasət nəticəsində dəfələrlə böyük faciələr yaşadı. İgid vətən oğulları iblis sifətli mərə kafirlərin namərd qurşunlarına tuş gəldilər. Belə oğullarımızdan biri də əslən Masallı rayonunun Ağakişibəyli kəndindən olan, Azərbaycanın Milli Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandir köməkçisi, gərargah rəisi, şəhid pokovnik-leytenant Ramiz Cəfərov idi.
Ramiz Cəfərov 1974-cü ilin dekabr ayının 10-da Ukrayna Respublikasının Donetsk vilayətinin Makeevka şəhərində anadan olub. Sumqayıt şəhərindəki 17 və 11 saylı məktəblərdə orta təhsil alıb.
Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, şəhid Polad Həşimovla birgə Cəmşid Naxçıvanski adına hərbi liseydə dörd il bərabər təhsil alıb. Alman, ingilis və rus dillərini mükəmməl bilən Ramiz Cəfərov ali təhsilini Rusiyada- V. F. Margelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində davam etdirib.
Vətən sevgisi, doğma torpaqlara olan sədaqəti onu Azərbaycana –ana yurda gətirir.
1996-cı ildən Azərbaycan Milli Ordusunun tərkibinə qatılır. Ramiz Cəfərov Milli Orduda xidməti ərzində həmişə öz fəaliyyəti ilə seçilib. Verilən tapşırığın qüksək səviyyədə yerinə yetirilməsi onun başlıca amalı idi. Peşəkar döyüşçü kimi hərbi xidməti dövründə dəfələrlə təltif olunub.
2016-cı ilin Aprel döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Milli Ordusunun sıralarında Lələtəpə istiqamətində gedən döyüşlərdə, əlverişli mövqelərin, strateji nöqtələrin alınmasında habelə, Lələtəpə yüksəkliyinin fəthində Ramiz Cəfərov xüsusi fəallıq göstərmişdir.
44 günlük Vətən müharibəsi dövründə Ramiz Cəfərov Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad edilməsi uğrunda başlanan hərbi əməliyyatlara qatılıb. Cəbrayılın, Füzulinin, Xocavəndin, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə nümunəvi igidlik, cəsurluq göstərmişdir. “Şuşa qartalı” ləqəbli bu polkovnik-leytenant 44 günlük müqəddəs savaşın 42 gününü fəal döyüşdə olub.
Noyabrın 6-da Şuşa şəhəri uğrunda gedən savaşlarda qəhrəmancasına şəhid mərtəbəsinə yüksəlib.
Şəhid polkovnik-leytenant Ramiz Cəfərov Türkiyədə, ABŞ-da keçirilən hərbi təlimlərdə, kurslarda iştirak edib. Peşəkar hərbçi olan Ramiz Cəfərov döyüş yoldaşlarının, eləcə də onu tanıyanların xatirəsində qorxmaz, cəsur döyüşçü, vətənpərvər zabit kimi qalıb. Hərbi hissə komandirinin müavini olaraq həmişə ön sırada gedib, əsgərləri ilə çiyin-çiyinə döyüşüb.
Ramiz Cəfərov öz xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubileyi və digər medallarlarla təltif olunub.
44 günlük Vətən müharibəsinin 42 gününü xüsusi qəhrəmanlıq nümayiş etdirən polkovnik-leytenant Ramiz Cəfərov şəhadətindən sonra döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq və müxtəlif sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra), "Vətən uğrunda" (ölümündən sonra), "Cəbrayılın azad olunmasına görə" (ölümündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.
Bu igid Vətən Əsgərinin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adlı qızları və Nurlan adlı oğlu vardır.
Şəhid polkovnik-leytenant Ramiz Cəfərov kimi igid, cəsur, qorxmaz, “düşmənin gözünə güllə olan” oğullarımız həmişə xalqımızın qəlbində yaşayacaq, hörmət və ehtiramla xatırlanacaqdır!

İlahə Bayındır (ƏLİYEVA)
Tarixçi-tədqiqatçı
Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” mövzusunda gerçəkləşdirilən layihə çərçivəsində çap olunur.



“ŞANLI VƏTƏN, İGİD ƏSGƏR, BÖYÜK KOMANDAN” - ŞƏHİD POKOVNİK-LEYTENANT RAMİZ CƏFƏROV